İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və ayıran Ramazan ayında nazil edilmişdir. Bu aya yetişən şəxslər oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona təzim və şükür edəsiniz.
[Bəqərə, 185]
Ramazan ayı bütün ayların, Qədir gecəsi isə bütün gecələrin sultanıdır.
[Ə. Hanbəl]
Oruc ac qalmaq deyil, ruhu bəsləməkdir.
[Hikmətli sözlər]
AZERİSLAM SAYTINA XAKER HÜCUMU OLDU
[ Aktual / 2512 dəfə baxılıb ]
|
Azerislam saytına internet dələduzları hücum etdi.
Bakı vaxtı ilə təxminən gecə saat 00:30 radələrində olunan hücum nəticəsində səhifəmizdəki 3 rəngli bayrağımızla bağlı yazını silərək yerinə "Hər gün Aşura, hər yer Kərbəla" mövzusunda kiçik bilgi yerləşdirdilər. Səhifə açıldıqda isə ANS tv saytından linki alınmış Azərbaycan dilində olan rep səslənirdi.
Qısa zamanda problem aradan qaldırıldı. Lakin təəssüf olunan hal budur ki, bu insanlar başqalarının əməyinə və haqqına müdaxilə etməklə özlərini müsəlman və qəhrəman kimi göstərmək istəyirlər.
Məgər görüləsi və zaman sərf ediləsi işlər bitdi ki, indi də müsəlmanların saytlarına "müsəlmanlar" hücum edir?
Bir daha bu nalayiq əməli qınayaraq malik olunan bilikləri faydalı bir yerə yönləndirməyi məsləhət bilərdik.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.