Allah yolunda öldürülənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, (onlar) diridirlər, lakin siz (bunu) ayırd edə bilmirsiniz.
[Bəqərə, 154]
Hər kim İslam dini uğrunda öldürülürsə o şəhiddir.
[Əbu Davud 4772]
Həyatını imanına şahid qılan insan yatağında ölsə belə şəhiddir; Həyatını imanına şahid qılmamışsa cəbhədə vuruşaraq ölməsi onu şəhid etməz.
GERÇƏK İTGİ...
[ Aktual / 4584 dəfə baxılıb ]
|
Torpaqlarımızı işğal edib yeraltı və yerüstü sərvətlərimizi talan etmələri bizi o qədər qorxutmamalıdır. Əgər ürəklər işğal edilməyib, imanlar itirilməyibsə gün gəlir, dövran dönər, itirdiklərimiz geri alınar. Dağıdılanların yerinə daha yaxşıları tikilər. (Mustafa İslamoğlu)
Hərdən həm öz adıma həmdə insanlıq adına itirdiklərimiz nədir deyə düşünüb və bunlar içərisində mənim üçün önəmli olanları seçərdim. Seçdiklərim arasında elə bir hal qurardım ki, seçdiklərim belə bir‐birinə düşmən olardı. Bir itirdiyimi digər itirdiyimin üstünə yıxardım. Yəni öz günahımı onların üstünə atardım. İşin içindən təmiz çıxmaq istəyərdim bu yolla. Bəşər olaraq kimə yanaşdımsa, hamını özüm kimi gördüm. Sonra həyatımda dönüş oldu, İslama rast gəldim, onun vəsiləsiylə imana sahib oldum və nəhayət həyat kitabı Quran ilə tanış oldum. Anladım ki, mənim xəbərim olmasa da Quran məni çoxdan tanıyırmış. Sonra öyrəndim ki, Quran tək məni deyil, bu kainatda zərrədən Günəşə qədər hər şeyi tanıyır. Bir də Quranın Allahın təfsiri olduğunu dərk etdim. Yaratdığına verdiyi təfsiri... Çünki O, bir həyat kitabıdır. Deməli gerçək itirdiyimiz nədirsə o da var Quranda.
Gerçək itirdiyimiz torpaqlarımız deyil, gerçək itirdiyimiz yeraltı, yerüstü sərvətimiz deyil, gerçək itirdiyimiz maddiyətimiz deyil, gerçək itirdiyimiz imanımız, ürəyimiz, könlümüz, güvənimiz, ümüdümüz, sevgimizdir... Bunları bizə deyən Quranımızdır. Peyğəmbərin (s.ə.s) rəhbərliyi altında Quranın ilk inşa etdiyi nəsil gerçək itirdiklərini qazandıqca ‐ yəni imanlarını, ürəklərini, sevgilərini qazandıqca eyni zamanda itirdikləri bir çox dünyalıqları vardı. Sonunda torpaqlarından belə çıxarıldılar. Orada onların maddi olaraq hər şeyləri vardı. Bir düşünün, evləri, iş yerləri, ailələri ‐ yerüstü zənginlikləri. Ançaq çönüb arxaya baxmadılar. Rəsula üsyana qalxmadılar, əksinə sevindilər. Niyə sevindilər?
Çünki bir əmri yerinə yetirirdilər... Hicrəti...
İmansızlıqdan imana hicrəti. Könülsüzlükdən könülə hicrəti. Ümüdsüzlükdən ümüdə hicrəti. Sevgisizlikdən sevgiyə hicrəti. Güvənsizlikdən güvənə hicrəti. Allaha və Rəsula hicrəti.
Bu gerçək itirdiklərini tapan Rəsulullah (s.ə.s) məktəbinin ilk insanları əslində bir fateh idilər. Çünki bu könül fatehləri elə bir Quran məktəbi keçdilər ki,dönüşdə təkçə qoyub getdikləri Məkkəni yox, bütün dünyanın fatehi oldular. Bizim də itirdiklərimiz var. Əgər gerçək itirdiklərimizə yəni Qurana, Rəsula (s.ə.s), imana, güvənə, sevgiyə dönə bilsək ‐ hicrət etsək, Allah bizi təkcə itirdiyimiz torpaqlarımızın yox, bütün dünyanın fatehi edər.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.