Onlara nə olub ki, iman gətirmirlər və onlara Quran oxunduqda səcdə etmirlər?
[Əl - İnşiraq, 20-21]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
ELM TƏLƏBƏLƏRINƏ MƏSLƏHƏT
[ Elm / 12 dəfə baxılıb ]
|
Şeyx Muhəmməd İbn Salih Əl Useymin. Sonda, mən əvvəlcə ixlasla özümə, müsəlman qardaşlarıma, xüsusən də elm tələbələrinə nəsihət edirəm ki, birinə bir məsələ gələndə , hadisə baş verəndə, məsələni təsdiq etməyincə(həqiqəti tapmayınca), məlumat əldə etməyincə danışmasın. Çünki Allah haqqında elmsiz danışa bilər.Hökm verən şəxs Allah ilə insanlar arasında elçi olduğundan, o Allahın şəriətini insanlara Peyğəmbər (s.ə.v) dən nəql olunduğu kimi başa salır. Peyğəmbər (s.ə.v) buyurmuşdur: "Alimlər peyğəmbərlərin varisləridirlər" (Əhməd(5/196). Əbu Davud, Ət Tirmizi və digərləri. Peyğəmbər (s.ə.v) həmçinin buyurmuşdur: "Hakimlər üç cürdür:Onlardan yalnız biri cənnətdədir, o haqqı bilib və ona uyğun hökm verəndir."(Əbu Davuddan aşağıdakı sözlərlə rəvayət edilib: Hakimlər üç cürdür:Biri cənnətdədir və ikisi cəhənnəmdədir. Cənnətdə olana gəlincə o haqqı bilib onunla hökm verəndir. Haqqı bilib və hökmündə ədalətsiz olan oddadır. İnsanlar arasında cahilliklə (bilmədən) hökm verən də oddadır. Həmçinin yeni bir məsələ gələndə, qəlbinizi Allaha tərəf yönəltməyiniz və Onun möhtac olduğunuzu hiss etdirməyiniz də əhəmiyyətlidir ki, Allah taəla xüsusilə də əksər insanların cahil olduğu ciddi və mühüm məsələlərdə. sizə məsələni başa düşməyə kömək olsun Mənim bəzi müəllimlərim mənə xatırladırdılar ki, sual soruşulan şəxs Allahdan daha çox bağışlanma istəsin, bunu Allahın kitabından əldə etmişlər: "(Ya Rəsulum!) Həqiqətən, Biz sənə Qur’anı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi (öyrətdiyi, bildirdiyi) ilə insanlar arasında hökm edəsən. Xainləri müdafiə edən (onların xeyrinə mübahisə aparan) olma! Allahdan bağışlanmaq dilə! Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!" (Nisa surəsi, 105-106) Daha çox bağışlanma istəmək, günahların silinməsinə səbəb olur, Günahlar elmi unutmağın və cahilliyin səbəblərindəndir. Allahın buyurduğu kimi: "Onlar sözlərin (Tövratda peyğəmbərin vəsfinə dair kəlmələrin və bə’zi başqa ayələrin) yerlərini dəyişib təhrif edir və xəbərdar edildikləri şeylərin bir hissəsini (Muhəmməd peyğəmbərə iman gətirməyi) unudurlar." (Maidə surəsi, 13) İmam Şafi buyurur: Vakiyə yaddaşımın zəifləməsindən şikayət etdim. O isə mənə asilikdən əl çəkməyi nəsihət etdi. Və dedi: Bil ki elm nurdur. Və bil ki, Allahın nuru asilərə verilmir. Beləliklə əlbəttə Allahdan bağışlanma istəmək Allahın həmin insana nur verməsinə səbəb olur. Allahdan mənə, müvəffəqiyyət bəxş etməsinə, bu dünya və axirətdə Sabit Sözü ilə sabit etməyi, bizə hidayət verdikdən sonra qəlbimizin dönməməsi üçün, bizə öz rəhmətindən verməsi üçün dua edirəm. Həqiqətən də o çox Rəhimlidir Səxavətlidir. Bütün həmdlər yalnız tək olan Allaha məxsusdur peyğəmbərə və onun ailəsinə əshabına Allahın salamı və salavatı olsun. Vaki İbn Əl Cərra Sələfin məşhur alimlərindən, İmam Şafinin müəllimlərindən idi. 196 H də dünyasını dəyişmişdir.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.