Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.
[Maidə, 8]
Harada olursansa ol, Allahdan qorx və təqva duyğusu içində ol! Bir günaha düşmüsənsə, dərhal ardından bir yaxşılıq et ki, o günahını silsin. İnsanlarla olan davranışlarında da gözəl əxlaqdan heç ayrılma!
[Tirmizi, Birr, 55; Müsnəd, 2/5, 5/153, 178, 228]
Təqva, sevginin zirvəsidir
[Hikmətli sözlər]
QURANİ KƏRİMİN ESTON DİLİNƏ TƏRCÜMƏ EDİLƏN İLK NƏŞRİ BİR GÜNƏ SATILIB
Estoniyada “Quran”ın ilk nəşri bir günə satılıb. Min nüsxədən ibarət “Quran” kitabının ilk tirajı Tallindəki kitab mağazalarında cəmi bir gün qalıb. Bu barədə birinci dəfə müsəlmanların müqəddəs kitabını eston dilinə tərcümə edən Avita nəşriyyatı məlumat verib. Kitabın 1000 nüsxədən ibarət ikinci tirajı isə satışda növbəti ilin yanvar ayında olacaq. Kitabın qiyməti 600 kron (60 dollar)dır.