Ey iman edənlər!... Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!
[Maidə, 2]
Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu (düşməninə) təslim etməz. Kim mömin qardaşına yardım edərsə Allah da ona yardım edər. Kim müsəlmanı bir sıxıntıdan qurtararsa Allah da onu Qiyamət günü sıxıntıların birindən qurtarar. Kim bir müsəlmanın qüsurunun üstünü örtərsə Allah da Qiyamət günü onun qüsurunu örtər.
[Buxari, Məzalim 3; Müslüm, Birr 58]
Yer, göy, su, atəş və başqaları "Allaha təslim olan" din qardaşlarımızdır. İradəli qardaşlarının başına bir iş gəldiyi zaman onun yardımına yetişərlər: Hz. Nuhun yardımına yetişən göy, Hz. İbrahimin yardımına yetişən atəş, Hz. Musanın yardımına yetişən su kimi…
HƏQİQİ MÜSƏLMAN NECƏ OLMALI?
[ Müxtəlif / 8791 dəfə baxılıb ]
|
Həqiqi müsəlman, qul (bəndə) olduğunu bilir və qulluq (bəndəlik) vəzifələrini qüsursuz etməyə çalışır. Heç ölməyəcəkmiş kimi dünya, sabah isə öləcəkmiş kimi axirət üçün çalışır. Ailə-uşağını əxlaqlı və örnək (nümunəvi) bir müsəlman kimi yetişdiri, onlara Allah sevgisini, peyğəmbır sevgisini Qurani Kərim oxumasını öyrədir və təhsil almasına imkan yaradır. Yalnız qohum-əqrabası, dost və qonçuları ilə deyil, bütün insanlarla xoş davranır.
Həqiqi müsəlman dinin incəliklərini öyrənir, nemətlərə şükr edir, yediyi-içdiyi hamısı halaldır, heç kimin malına, canına, namusuna göz dikməz. Haqq yeməz, kimsəyə pislik etməz, ona pislik edənlərə səbr edər. Xəyanətin nə olduğunu bilməz. Həsəd edici qisqanc və təkəbbürlü deyildir. Bilərək və ya bilməyərək bir günah etsə dərhal tövbə edər. Böyüklərinə, ölmüş olan möminlərə, dostlarına və ailə, uşaqlarına həmişə dua edər.
Həqiqi müsəlman işlərinə son dərəcə diqqətlidir. Zamanını boş keçirməz,çalıçar.Fəqət ruzinin Allah Təaldan gəldiyini bilir. Boyun olduğu işi zamanında edər. Qul haqqından çox qorxar. Qüsurları əhf edər, sirləri ifşa etməz gizləyər. Heç vaxt zərərli söz söyləməz, yazmaz və oxumaz. Heç kimlə münaqişə etməz və qəlbini qırmaz. Allah bizi həqiqi müsəlmanlardan etsin. Amin
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.