Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."

[Ali İmran, 97]


Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır.
Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.

[Tirmizi, Əhkam, 4/1329]


Müsəlmanın iki bayramı var:
Biri QURAN,
O biri QURBAN!

[Özlü sözlər]

HƏSRƏTLƏ BAŞLAYIB HÜSRANLA BİTƏN YOLÇULUQ

[ Müxtəlif / 763 dəfə baxılıb ]   
|
 
Bir müsəlman üçün yolçuluğun ən fəzilətlisi Allahın üzərimizdəki haqqı olan, İbrahimin dəvət etdyi, son Nəbinin ayaq basdığı müqəddəs torpaqları ziyarətdir. «İmkanı olan arıq dəvələrlə də olsa gəlsin» deyilən yerə getmək üçün iman bir imkan olur hər zaman. Oranı bir kərə görmək alışqanlıq yaradır insanda. Ata evini özlər kimi özləyirsən Kəbəni. Başına dönüb-dolanmaq ən gözəl məşğuliyyətinə çevrilir. Sən onun ətrafında döndükcə dünya da sənin ətrafında dönür. Tək dərdin Kəbə mənzərəli ibadətlər olur. Evindəki dərdlərin heç birini burada dərd edə bilmirsən. Yeməyin dərdin olmur, geyimin dərdin olmur, işin-gücün, məqamın-mövqeyin dərdinə çevrilmir orada.
Kəbədə ikən Kəbəni özlər müsəlman. Ona bir kərə toxunmaq, Həcərül-əsvədi öpmək bir qırağa görə bilmək üçün yalvarar Allaha. Baxdıqca baxmaq istər dünyanın ən sadə və bir o qədər də əzəmətli qara örtülü evinə. Bundan gözəl bir şey görmədiyini düşünər. Kəbənin cazibəsinə qapılıb gedər. Bir daha gəlməyi dilər. Hər dönüşündə bir növbəti gəlişinə ümid bəslər.

Orada qadın olmaq daha zor olar. Hər zaman «ikinci sort» insan olduğun hissini yaşadarlar sənə. Görəvlilər namaz saatlarında ön saflarda ibadət etmək istəyən qadın görərkən İblis görmüş kimi gəlib səni arxa tərəflərə qovarlar. İçindən «Allahım ibadətə mane olanları gördünmü?» deyə üsyan edərsən. Çarəsiz Kəbənin bir hissəsini də olsa görə bilmə ümidi ilə arxalarda yer axtararasan özünə. Evində üzü divara qıldığın namazların heyifini çıxartmağa çalışarsan. Nədən sənin də Kəbənin önündə kişilər kimi rahat-rahat namaz qılma haqqın olmadığını sorğulayarsan. Nisa surəsini bağıra-bağıra oxumaq, Qurandakı qadın haqqlarından bəhs etmək istəyərsən. Amma… susarsan. Məhzəbin məktəbin önünə keçdiyi yerdə sənin səsini duymazlar çünki.

Təvafda səni ihramlı qardaşların əzər. «Ya hacı haram» deyə-deyə dualarını unudursan bəzən. Əlini uzadıb qara daşa toxunmaq istədiyin zaman dünyan qaralar. Kişi gücünü orada hiss edərsən. Qadın olduğuna, ihramda olduğuna, ibadət etdiyinə kimsə baxmaz. Sən Həcərül-əsvədə bir kərə toxuna bilməzkən, kişilərin çoxu 5 dəqiqə öpər onu. İçində üsyan edərsən. Sevgilinə naməhrəm əli dəymiş kimi dönər kor peşman uzaqlaşarsan. Bir növbəti cəhdində ümidlə bu dəfə olacaq deyərsən amma hər dəfə eyni şeyi yaşadarlar sənə. Duaların dəyişər: «Allahım müsəlmanlara ibadət əxlaqı ver» deyə fəryad edərsən. İhramlı ikən haqsızlıq edənlərə qızarsan içində. «Sənin anan bacın yoxmu?, «səni də bir ana dünyaya gətirməyibmi?», deyə sual vermək istərsən onlara. Amma verməzsən. Burada sənə hörmət etməyən birinin evdə anasına hörmət etmədiyi o qədər aşikar olur ki, ən yaxşısı susaraq içində ümmət üçün dua etmək olur.

Qadınlara ibadət üçün ayrılan yerlərin bəbad (bir çox halda zirzəmi kimi qaranlıq və üfunətli yerlərdə) görüntüsündən duyğdun üzüntü, Kəbəyə toxuna bilməməyin hüsranı səni xəstə edər. İçinə atəş dolar. Yanarsan həsrətdən.
Bir də ora gələnlərin 90% yaşlı nəsildən olduğu görmək üzür insanı. Gəncliyini harada yaşadın canım dayım, gözüm xalam deyə soruşmaq istəyirsən hər birindən. Hər namazdan sonra oxunan «sala»dan bu gün neçə yolçumuzu itirdik deyə düşünürsən. Gəncləri, yeniyetmələri axtarır gözün. Ən yaxşı halda valideynlərini gətirmək üçün gələnlərin övladlarını da gətirdiklərini görürsən. Biri çox yaşlıdır ibadətdə zorlanır, o biri çox kiçikdir ibadətdən anlamır. Bu da bir tərəfdən üzü səni. O yaşlı insanlara üzülürsən. Bəlkə son arzuları üçün olan qalan sərvətlərini xərcləyərək gəlmiş ola bilmələrini düşünürsən. Ömründə ilk dəfə səyyahət edənləri var içlərində. Son görəvini icra üçün gəlmiş yaşlı insanların ibadətdə zorlanmaları, başqa birinə möhtac olaraq oralarda dolanmaları da üzür səni. Kaş ki, daha erkən gəlsələrdi deyə düşünürsən.
Yaşadığın bu qədər hüsrana rəğmən içində ora dönməyin həsrəti heç bitməz. Gedənlərə həsrətlə baxarsan. Dəfələrlə getməyin növbəti gediş arzunu əngəlləyə bilməz. Səni orda üzərlər. Amma sən yenə də ora can atarsan. Səni orada qadın olduğun üçün "yox" sayarlar, amma sən yenə də varlığını gözə soxmaq istəyərsən.
Gedərsən həsrətin bitsin deyə. Həsrətin orda başlar. Məscidül-Həramda gözün Kəbəni arar. Sən Kəbəyə həsrət, Kəbə müsəlmana həsrət yaşar gedərsiniz.

P.S. Kəbəyə mütləq gedin. Amma getmədən öncə Quranın anlatdığı möminlərin vasıflarını oxuyun. Qadınları qoruyun. Cənnətin ayağına sərildiyi anaları sevin. Kişilər olmasa Allah Məryəmlərlə nəsillər artırar. Qadın olmazsa isə bəşəriyyət qısır qalar.




Rüzgar Kəskin (G.Qafarova)

Məqalədən istifadə edildiyində istinad vacibdir. Əks halda lazımı tədbirlər görüləcək
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:11
GÜNƏŞ07:40
ZÖHR [ 4 rükət ]13:29
ƏSR [ 4 rükət ]16:44
MƏĞRİB [ 3 rükət ]19:17
İŞA [ 4 rükət ]20:42
GECƏYARI00:44
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka