Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."

[Ali İmran, 97]


Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır.
Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.

[Tirmizi, Əhkam, 4/1329]


Müsəlmanın iki bayramı var:
Biri QURAN,
O biri QURBAN!

[Özlü sözlər]

MƏRYƏMİN OĞLU İSA

[ Müxtəlif / 1451 dəfə baxılıb ]   
|
 
Quran, bizə parçaya deyil, bütünə baxmağı öyrədir. Nəql etdiyi qissələr həyatlardan parçalar olsa da o hekayələr yalnız bütünün işığında anlam qazanıb, bütünün işığında anlaşılar. Xaliqi tanımadan məxluqu anlamanın mümkünsüzlüyünə vurğu vurar, insanın ağlına xitab edər. "Heç düşünməzmisiniz?" deyib bizi hər zaman düşünməyə sövq edər. İnsanı ucaldar, insana dəyər verər, lakin insandakı üstünlüyün gücə, qüvvətə, məqama deyil, təqvaya aid olduğunu da hər zaman dilə gətirər. Ölümün də, ölümsüzlüyün də insanın əlində olduğunu söyləyər. Allah yolunda öldürülənlərə "ölü deməməyi" öyrədər. Ən üstə şəhadəti qoyar, ən alta münafiqliyi. Əsrlərin tozlu vərəqlərindən bizə İbrahimi, İsmayılı, Nuhu, Adəmi, Yəhyanı, Yaqubu... anladar. Onları hər andıqca ölümsüz olduqlarına şahid tutar bizləri. Onlara bənzəməyimizi, onlar kimi yaşayıb, onlar kimi ölməyimizi və onlar kimi ölümsüz olmağımızı istəyər.

Quranın öz dili, öz üslubu var. Bir hekayə anladar, min həyata yol göstərər. Örnək alınacaqları da, ibrət olunacaqları da zikr edər. Duymadım, görmədim, eşitmədim, demək şansını buraxmadan israrla anladar bu qissələri.

Nəbi və rəsullarından danışarkən onları bizlərdən biri kimi tanıdar: Ad qövmünə qardaşları Hudu göndərdik (7/65), Səmud qövmünə qardaşları Salehi göndərdik (7/73), Mədyən qövmünə qardaşları Şueybi göndərdik (7/85)… deyər, bizə qardaşlarımızı tanıdar, toplumun ən əmin olanının safında durmağımızı istəyər.
Hər elin bir İbrahimə ehtiyacı olduğunu, köləliyin Musaya imanla son bulacağını bəyan edər. Fırtınadan xilası məxluqatın vəhdətinə bağlayar. Heyvanları da gəmiyə mindirmədən "gəmini hərəkət" etdirməz.

Məsələn,
imanı inkarla tanıdar...
İbrahimi atası ilə, Nuhu oğlu, Lutu arvadı ilə, Fironu Asyası ilə birlikdə zikr edər. Heç kimə başqasının sorumluluğunu yükləməz. Atası Azər olanın istərsə İbrahim ola biləcəyini, Nuhdan da bir Kənanın törəməsini mümkün qılar. Atamızın Azər olması bizi sorumluluğumuzdan uzaqlaşdırmadığı kimi, atamızın Nuh olması da bizim üçün artı dəyər olmaz. Lut kimi bir kişinin azğın arvadı olmaq da mümkündür, Firoun kimi bir tirana asi qadın da. Yəni demək istər ki, hesabda hər kəs yalnızdır... Hər qoyun öz ayağından asılar misali…

Musadan danışmadan öncə anasından bəhs edər, Yəhyadan danışmadan öncə Zəkəriyyənin duasından.
İsanı anası Məryəmlə anar. Məryəmin oğlu İsa deyər və gözlərimiz önündə bir ailə tablosu canlandırar: baba İmrandan bəhs edər, nənə Hannənin duasını zikr edər, fidan kimi yetişmiş Məryəmin təslimiyyətini nəql edər və sonda İsanı tanıdar. İsa kimi bir nəvəyə sahib olmaq istəyənlərə İmran kimi inanıb, Hannə kimi dua edib, Məryəm kimi təslim olmağı öyrədər...

Bu bir Allah üslubudur. Bu bir möhtəşəm yazarın insanlıq tarixini yazmasıdır.
Zəkəriyyə kimi dua edənlərin qısır qarılarından bir Yəyha doğular, İbrahim kimi atəşlərə gedənlər nəbilər ordusu ilə müjdələnər. Hannələrin qurbanı qəbul olar, şeytanın şərrindən qorunmuş Məryəmlər, İsalar doğular.
Hər şeyin bir sünnətə tabe olduğunu bəyan edər, 29 ayəsində Mənim sünnətimdə dəyişiklik görməzsiniz deyər.
Atəşdə yanmamağın sünnəti İbrahim kimi dua etməkdir, atasız övlad sahibi olmağın sünnəti Hannə kimi adamaq, Məryəm kimi adanmaq.
İsanı Adəmlə müqaisə edər. Adamlığın adanmışlıq olduğunu anladar.
İsaya da kəlamım (3/39, 45; 4/171) deyər, Qurana da. İsanı «oxumaq» üçün Qurana baxmağı tövsiyə edər.

Məryəmin oğlu İsa…
16 ayədə anasına istinadən anılar İsa. O zikr edildikcə, Məryəm də zikr edilər. İnsanlığa bir mesaj verər, Allah. Qadınlığın dəyərini qaldırar, qadını xor görən topluluqda. Qadını alçaldan kişilərin İsalara «ata» ola bilməyəcəklərini bəyan edər. Sizə rəğmən İsalar doğular deyər, hər dəfə «Məryəm oğlu İsa» deyişi ilə.

Bəziləri üçün İsa bir simvola çevrilib boyunlarını bəzəyər, bəziləri üçün bir dəyərə çevrilib qəlblərinə həkk olar. Bəzilərinin ruhuna şəfa olar, bəzilərinin gözlərinə nur. Bəzisinə görə O bir nəbi və rəsul, bəzisinə görə Allah və oğlu olar. Amma Allaha görə o hər zaman Məryəmin oğlu İsa olaraq qalar. Bir duanın ətə-qana dönmüş qəbulu olar.

İsanı cismən gözləyənlər də var, İsanı ruhən dəstəkləyənlər də. İsanı cismən gözləyənlər kimi gözlədiklərini əslində bilmirlər. Xristianlar yenidən zühur edəcəyinə inandıqları bir "Allah oğlunu", müsəlmanlardan bir qrupu son xilaskarın bir "əsgəri" olaraq gözləyər onu. Amma heç biri o məşhur sualı cavablandırmaz, cavab verə bilməz: «O, bir nəbi kimi gələcək, yoxsa bir bəşər kimi?»
Nəbi kimi gələcəyini iddia edə bilməyəcəklər, çünki Quranın son nəbinin Muhamməd (sas) olduğuna dair bəyanını bilirlər. Bir bəşər (ümmət) kimi gələcəyini söyləsələr də nəbilik məqamına həqarət olar. İsanın nə günahı olmuşdur ki, nəbilikdən alınmış, vəzifədən endirilmişdir? Nəbi deyilsə niyə gəlsin? Yeni nəbinin gəlməsi sonuncunun risalətinin təhrif edilməsi və ya unudulması ehtimalını da labüd qılar. Quran da unudulmayıb, Rəsulun nübuvətliyi də yazılı mətinlə (Quran) təhrif edilməyib. O zaman niyə gəlsin? Gəlib o da Quranı oxuyacaqsa biz yeni nə öyrənmiş olacağıq? Həyatımızda nə və hansı yenilik olacaq? Quranı sadəcə oxumaqdırsa onu biz də oxuyuruq. Quranı yaşamaqdırsa onu əgər indi yaşamırıqsa, İsa gələndən sonra da yaşayacağımız məchuldur. Allahın ayəsini qılıncdan qorxduqları üçün yaşayanlar mömün deyil, olsa - olsa tüləkadırlar.
İsanı ruhən dəstəkləyənlər isə onun missiyasına sarılar, ölü qəlblərə həyat verərlər. Cüzamlıları «tədavi» edər, korların «gözlərini» açar, «laların» dillərində kəlməyə dönərlər. İsa ola bilmədikləri zamanlarsa Məryəmlərə hamilə qalarlar.

P.S. İsaya sağlığında dəyər verməyənlər öldükdən sonra İsa həsrəti çəkməyə başlar.


Rüzgar Kəskin
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:10
GÜNƏŞ07:39
ZÖHR [ 4 rükət ]13:30
ƏSR [ 4 rükət ]16:45
MƏĞRİB [ 3 rükət ]19:19
İŞA [ 4 rükət ]20:44
GECƏYARI00:44
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka