Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Onlara nə olub ki, iman gətirmirlər və onlara Quran oxunduqda səcdə etmirlər?

[Əl - İnşiraq, 20-21]


Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır.
Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.

[Tirmizi, Əhkam, 4/1329]


Müsəlmanın iki bayramı var:
Biri QURAN,
O biri QURBAN!

[Özlü sözlər]

TƏNBƏLLİYİN ADI: MEHDİ

[ Müxtəlif / 1160 dəfə baxılıb ]   
|
 

Mehdi bizim tənbəlliyimizin adıdır (Aliya İzzetbeqoviç)

Biz dinimizi Allahdan öyrəndik. O, nə dedisə doğrudur dedik. Yalnız Ona inanıb, yalnız Ona güvəndik.
Çünki…
«Ondan gəlmişdik, dönüşümüz də yalnız Ona» olacaqdır.
Onun söylədiklərini Onun söylədiyi qədərlə yetərli bildik. Nəyi söyləmədisə o barədə biz də susmağı seçdik.
Çünki
dinin tək sahibi Odur. Biz Onun bizə öyrətdiyi qədərlə bilə bilərdik: «şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!» (Bəqərə, 30) dediyində mələklər kimi biz də təslim olduq.

Din insan üçündür. İnsanın bu dünyadakı həyatı ilə axirətdəki həyatının göbək bağının adıdır dindarlıq. İnsan o bağı qopardığı zaman qiyamətdə «ölü doğular». Lal olar, kar olar, kor olar. Başqa sözlə desək «şikəst olar»...
Bu bağ qopmasın deyə Quranı oxumalıyıq. Qurana sarılmalı, Allahı «dinləməliyik».
Çünki
1. Allah bir şey söylədiyi zaman dəlillərlə söyləyər. Bizim də dəlillərlə danışmağımızı tələb edər: «Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!» (Bəqərə, 111) deyər bizə.
2. Mən müsəlmanam deyən hər kəsin şübhə etmədən inanması tələb olunan yeganə kitabı Qurandır.
Müəllifi Allah, ilk muxatabı Rəsulallah (sas), katibləri səhabə.
Quranın nüzulu müddətində sorusu olan Rəsula (sas) yönəlmiş, onlar Rəsula sormuş, Allah cavablamışdır.
Allah heç kimi sualını cavabsız qoymamışdır. İstər iman edən olsun, istər inkar edən. Qurani Kərimdə 16 yerdə «səndən soruşurlar… de ki:» bağlamında ayələr var. Bu sualların bir qismini səhabə soruşmuş, bir qismini müşriklər, bir qismini münafiqlər, bir qismini də əhli kitab (öncəki vəhyin mənsubları). Allah sorana deyil, sorulan suallara baxmış. Hər kəsin sualını cavalandırmış. Bəzən də özü sual vermiş: «sən nə bilirsən qədir gecəsi nədir?», «sən nə bilirsən 19 nədir?», «sən nə bilirsən son saat nə zamandır?»… Sormuş və cavabı bilmədiyini insana dəlilləri ilə isbat etmişdir.
Rəsulun (sas) zamanında sorulan bütün suallar da Allah tərəfindən cavablandırılmış, bütün anlaşılmamazlıqlar da.
Çünki dinin tək sahibi Allah idi. Ona görə də Rəsulun susduğu məqamları, cavabını bilmədiyi soruları da Özü açıqlamışdır.
Hz. Aişəyə atılan iftiranın cavabını da Allah vermişdir (Nur surəsi);
Zihar adətinə etiraz edən qadının haqqını da Allah qorumuşdur (Mücadilə surəsi)…

Quran hər şeydən lazımı qədər məlumat vermiş, mesajlarını Allahın adı ilə başlayıb (Bismillahir Rəhmani Rəhim), insanla (nas surəsi) bitirmiş, insanın dünyasına da axirətndə də bu qədəri bilmək BəSdir demiş.
Məsələn Quran heç bir ayəsində qəbr əzabından bəhs etməz. Cəhənnəmdən danışar, onun əzablarını sayar, insana son durağını seçim şansı verərək yolları göstərər: cənnəti istəyirsənsə sağa dön, cəhənnəmi seçirsənsə sola. Yolun biri işıq gələn tərəfdir, biri itlər hürən. Yolun birində çətinlik var, əziyyət var, zəhmət var. Bədəli cənnətdir. Yolun o birində nəfsi tətmin etmək, istədiyini etmək azadlığı var. Varılacaq yer cəhənnəmdir. Qəbir əzabı Rəsula sorulmuş olsaydı bu barədə ən doğru cavabı heç şübhəsiz ki, yenə də Allah verər, qeybi bilməyən rəsuluna (Ənam, 50, 59) cavab haqqı tanımazdı.

Quran heç bir ayəsində Mehdinin gələcəyini də yazmaz. Mehdini gözləməyimizi də istəməz. Əksinə son nəbinin Rəsulullah olduğunu bəyan edər (Əhzab, 40) və bununla da nübuvəti tamamlayar.
Unutmayaq ki, Allah birini göndərmədən öncə onun barəsində kitabında mütləq bəhs edər. Tövratda İsadan xəbər verər, Muhəmmədi (sas) müjdələyər, İncildə son nəbinin vasıflarını sayıar. Allah birini göndərmədən öncə dəlilini göndərər ki, iman edənlər onu tanıyıb ona inansın.
Mehdi qədər önəmli biri gələcək və Allah onu bizə xəbər verməyəcəkmi? Biz onu necə və hansı sifətləri ilə tanımalıyıq? Bir – birinə zidd olan zəif və məvzu hədislərdənmi? Bu mümkünmü? Allah birini göndərəkəsə o son nəbi olmalı deyildirmi? Nəbinin edə bilmədiyini bir bəşər edə biləcəkmi?
Buna kim inanar?

Bu millətin gözlədiyi Mehdi gəlib nə edəcək? Bütün insanları hidayətə qovuşduracaq…. Siz heç Quranı Kərimi oxudunuzmu? Oxumadınızsa açıb Yusif surəsi 103-cü ayəyə göz atın. Allah son nəbisinə deyir ki: «sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirməyəcək».
Hidayət yalnız Allahdandır (Qasas, 56; Tövbə, 24; Casiye, 23…) Gözlənilən Mehdi Allahdan da, onun rəsulundan da güclüdürmü? Allahın seçim haqqı verdiyi insanları Mehdi məcburi hidayətəmi qovuşduracaq? Seçim azadlığının, cənnətli ilə cəhənnəmlinin fərqi nə olacaq? İllərlə mücadilə edən, baş örtüsünə, halalına, haramına diqqət edən, haqqa sarılıb batili inkar edənlərlə digərləri eynimi olacaq?
O zaman Mehdi gəlib «hidayət gətirmədən» öncə ölənlərin suçu nədir? Axirətdə Allaha üsyan etməzlərmi? Nədən bizi Mehdini görmədən öldürdün? Onu görüb biz də hidayət olunsaydıq barı… deməyəcəklərmi?

Peyğəmbərlik insanlığın ən üstün məqamı deyilmi? Ən üst məqamdakı birinin etmədiyi, edə bilmədiyi, istəsə belə etməyinin mümkünsz olduğunu bildiyi bir şeyi onun ümmətindən (və ya nəslindən) biri necə edəcək? Edə biləcəksə mehdilik nəbilikdən üstün məqam deyilmi? O zaman nədən mehdilər deyil nəbi və rəsullar göndərildi yer üzünə? Bütün ümmətlər ilk dəvətdən hidayətə varıb cənnətə getsələr olmazdımı?...
Suallar çox cavab isə təkdir: gözləmə dostum, Mehdi deyilən zat gəlməyəcək. Kimsə gəlib səni hidayətə çatdırmayacaq. Sən Allaha yönəlmədikcə Allah sənə xitab etməyəcək. Sən Qurana sarılmadıqca o hikmətini sənə açmayacaq.
Gözləmə dostum, yazıqsan. Özünə zülm etmə. İnsanlıq üçün sən çaba göstər. Cənnəti sən qazan. İman edib saleh əməli sən işlə. Kimsə sənin yerinə bunları etməyəcək.
Gözləmə dostum, sən Mehdi olmadıqca «mehdi zühur» etməyəcək. Başqasının hidayəti üçün sən çaba xərcləmədikcə kimsə gəlib o başqasını qurtarmayacaq.
Quranı oxu dostum. Allahın əmrlərinə uy, yasaqlarından çəkin. Allahın söylədikləri ilə beynini məşğul et, söyləmədikləri ilə «kafa yorma». Allah bu dünya üçün sənə nəyi söylədisə axirətdə sənə onları soracaq.
İlk soru «oxudunmu?» olacaq. Quranı tərtillə, tilavətlə, qiraətlə oxudunmu? Bütün suallar Qurandan olacaq. Ona görə ilk öncə onu oxu. Ona uy, onunla əməl et, ona sarıl.
Allahdan qorx dostum. Sadəcə Allahdan. Amma bu qorxu xof olmasın, haşyət (içində sevgi olan qorxu) olsun.
Allahı tanı dotum.
Kitablarını öyrən, Rəsullarını sev, onları tanı.

P.S. Mehdi gözləyənlər övladlarının adını Mehdi qoymayıncaya qədər gözləntilərində səmimi deyillər.


Rüzgar Kəskin
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:43
GÜNƏŞ07:18
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:21
MƏĞRİB [ 3 rükət ]20:09
İŞA [ 4 rükət ]21:38
GECƏYARI00:56
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka