Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə bir daha onu təkrar etməzlər.

[Ali imran, 135]


Müsəlman, insanların əlindən və dilindən əmin olduğu insandır.

[Tirmizi, İman 12]


Sadəcə iman edib Saleh əməl işləmək insanı "yaxşı" edər.
Haqqı və səbri tövsiyə etmək isə insanı "aktiv yaxşı" edər.

[Hikmətli sözlər]

.

YALAN

[ Təfəkkür / 576 dəfə baxılıb ]   
|
 
Mən, uşaq olanda öyrəndim yalan danışmağı... Yox, uşaq vaxtı düz danışanda öytərdilər mənə, yalan danışmağı.
Hələ beş yaşımda, indi də ayrıla bilmədiyim siqaretdən dadmışdım. Hər gün daha çox iryənsəm də, daha çox sevirdim siqareti. Çox keçmədi ki, evdə bildilər mənim “böyük qələt”imi..
Bir gün qardaşım mənim başımın üstünü kəsdirib hirslə “Deyirlər, siqaret çəkirsən... Düzdü bu?”, deyə soruşdu. Çox utanırdım. Yox, siqaretə görə deyildi. Nədənsə “böyük qələt” elədiyimi bilirdim. Yəqin ki, səsi buna işarə idi. Başımı aşağı salmışdım. Bu da utandığımdan deyildi. Qorxmuşdum. Mızıldanaraq “hə” dedim.
Bax elə bu vaxt mən yerə uzanmışdım. Hələ də qulağım zingildəyirdi. Özüm də bilmirdim niyə dəydi o sillə mənə. Ağlamırdım. Ağlamaq istəyirdim amma bilmirdim nəyə ağlayım. Əsəbi-əsəbi ona baxdım. O da mənə. Əsəbi baxdığıma əsəbləşmişdi yəqin. Bir də vuracaq deyə baxmadım. İlk ağlıma gələn siqaret idi.
“Buna bax! Siqaret çəkməyi bir yana, utanmadan boynuna da alır!” Heç nə başa düşmürdüm. Problem siqaretdə idi, yoxsa “qələtimi” boynuma almaqda? Hansı “sillə vurdu” mənə? Elə bil, hələ də zingildəyən sillə qulağıma pıçıldadı: “Axmaq! Düz deyib nə qazandın? Nə verdilər sənə? Məni sən istədin. Özün vurdun özünə silləni.” Qardaşımın dedikləri ilə üst-üstə düşürdü. Hər ikisi “haqlı idi”.

Məktəbə gedəndə sonra yaşadıqlarım yalan danışmağımı mübah qıldı...
Dərsə hazır gəlməyəndə iki alırdım həmişə. Halbuki, başqaları bir bəhanə ilə iki almaqdan yaranan “vicdan əzabı” çəkmirdilər.. Mən də öyrəndim 'sudan quru çıxmağı'

Sonra çox işimə yaradı yalan danışmaq. Yazmadığım ev tapşırıqlarını “dəftərim evdə qalıb” deyə müəllimdən tənbeh eşitmədim, iki almadım məsələn. Bu çox əyləncəli idi. Bir uşağın müəllimi belə asan aldatması çox gülməli idi. Ya da qonşudakı çirkin qıza “sən hamıdan gözəlsən” deyib konfetini alırdım. Artıq başa düşmüşdüm ki, yalan danışmaq daha səmərəlidi. Nəinki düz danışmaq..

Bax belə ziddiyətli görünürdü. Yalan danışmaq gülməli idi. Uşağa aldanan müəllim kimi. Həm də əyləncəli. Və çox şirin idi. Qonşu qızın konfeti qədər. Düz danışmaqsa çox acı və sərt idi. Məni yerə sərən sillə kimi. Həm də çox ibrətamiz…


Aydəmir Məmmədov
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:43
GÜNƏŞ07:14
ZÖHR [ 4 rükət ]12:25
ƏSR [ 4 rükət ]15:11
MƏĞRİB [ 3 rükət ]17:34
İŞA [ 4 rükət ]19:01
GECƏYARI23:38
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka