Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.

[Nəhl, 125]


Çətinləşdrməyin, asanlaşdırın
Nifrət etdirməyin, müjdə verin

[Buxari, Elm 12; Müslim Cihad 6]


Əsl dəvətçi "Bizə gəl!" deyən deyil, "Rəbbinə gəl!" deyəndir

[Hikmətli sözlər]

PROBLEMLƏRƏ QURANİ ÇÖZÜM

[ Müxtəlif / 631 dəfə baxılıb ]   
|
 
    'Bir problemin həlli varsa o artıq problem deyil'


Quran, bizə bir çox peyğəmbərləri anladır. Peyğəmbərlər qissələrinə fərqli surələrdə fərqli rakurslardan baxır və bizim də o fərqləri görməyimizi istəyir. Qurani Kərimi ilk dəfə oxuyanlar orada təkrarları görür, ayələrin bir çoxunun təkrar olduğunu düşünür. Amma bu belə deyil. Təkrar kimi görünən ayələr əslində fərqli mesajlar verir. Fərqli hadisələrə işıq salır, bir çox probləmin həllini açıqlayır. Həyatda rast gələcəyimiz elə bir problem yoxdur ki, onun həllini Quranda görməyək. 'Qurana baxan deyil, həyata Quranla baxan nəsillər' yetişdirməyənədək problemlərimiz həll olunmayacaq.

Nuh qövmü kimi tuğyan əhli ilə eyni zamanı, eyni dövranı, eyni məmləkəti paylaşdığında - quruda gəmi tikəcəksən.
Lut qövmünün problemlərini gördünmü – onlardan Allaha sığınacaq, onların etdiklərindən uzaq olacaqsan. Gec və ya tez kütləvi həlaklarına da şahid olacaqsan.
Sənə bir xəstəlik yoluxdumu – Eyyub olacaqsan. Dilini zikirdən uzaq tutmayacaqsan. Şeytanın vəsvəsəsini duyunca isə Allaha pənah aparacaqsan. Biləcək və inanacaqsan ki, Allaha tamamilə təslim olduqdan sonra dərdinə dərman olan su ayaqlarının altından fışqıracaq.
Zəkəriyyə kimi övlad həsrəti ilə yandıqda – səni heç bir zaman darda qoymayan, dualarını geri çevirməyən Allaha yönələcəksən. Övlad deyil, Onun dinini yaşayacaq vəli istəyəcəksən. Sənin üçün deyil ümmət üçün yalvaracaqsan. Duaları qəbul edən Allah da duanı geri çevirməyəcək. Hər zaman yaşayacaq (Yəhya) bir övladla müjdələnəcəksən.
Quyuda da, zindanda da Yusuf olacaqsan. Nə dünyaya, nə də Züleyxalara uymayacaqsan. Elə bir 'köynəyə' sahib olacaqsan ki, günahsızlığının ən böyük dəlili olacaq. Ləkəli geyimlərdən, səni ləkələyəcək həyatdan uzaq yaşayacaqsan. Bu 'köynək' sənin üçün ağlayaraq kor olan gözlərə belə məlhəm olacaq.
Davudla, Süleyman kimi bir səltənətin olunca – Süleymana qalmayan dünyanın sənə də qalmayacağını bilərək yaşayacaqsan. Nə quşların dilini bilmək, nə küləyə sahib olmaq, nə cinləri idarə etmək səni əbədi etməyəcək. Olsa – olsa imtahanını artıracaq, məsuliyyətini çoxaldacaq. Ədalətlə iqtidarda olmağın onlardan öyrənəcək, bir qarışqanı belə əzməkdən çəkinəcəksən.
Lazım gələndə qardaşının saçını – saqqalı yolub qövmünün azma səbəbini araşdıracaqsan. Musa olub azan qövmünü 40 il səhralarda süründürəcəksən.
Korlarla, ölülərlə bir məmləkətdə yaşadığında İsa olacaqsan. Kor gözlərə məlhəm, ölü qəlblərə çarə tapacaqsan.

Hər bir problemdə Qurana yönələcək, çarəni də onda axtaracaqsan. Əks halda problemlərə həll deyil, yeni problem artıracaqsan.


Rüzgar Kəskin /azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:08
GÜNƏŞ06:11
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka