Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

"...İndi üzünü Məscidülhərama tərəf çevir! Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin!..."

[Bəqər, 144]


Namazın açarı təharət (dəstəmaz), girişi təkbir, çıxışı salamdır.

[Əbu Davud, Salat 73-74; Təharət, 31; Tirmizi, Təharət, 3]


Namaz qiyama qalxmış bir duadır.

[Hikmətli sözlər]

RƏBBİNİ MƏNİMSƏ

[ Allahin gözəl adlari / 508 dəfə baxılıb ]   
|
 
Rəbb kəlməsi “tərbiyə edən” mənasına gəlir, tərbiyənin tərifi isə: “bir şeyi bəsit halından kamilliyə doğru pillə-pillə yetişdirmək”deməkdir.
Rəbb isminin daha doğru tərifini Quranın özü verir: Musanın Fironla olan dialoqunda:
- Rəbbiniz kimdir, ya Musa?
- Bizim Rəbbimiz hər şeyin yaradılışını təqdir edib, sonra da onu yaradılış məqsədinə yönəldəndir!
(Ta ha, 49-50)
Bəli, Allah əşyaya yaradılışını, yəni xilqətini bəxş edəcək. Quzunun xilqəti ilə qurdun xilqəti, alovun xilqəti ilə suyun xilqəti, insanın xilqəti ilə mələyin xilqəti bir olmayacaq. Və hər kəsi xilqətinə uyğun yaradılış məqsədinə doğru yönəldəcək.
Sual: Bəs insanın yaradılış məqsədi nədir?
Cavab: Əmanətə sədaqəti, məsuliyyət əxlaqını, həyatı inşanı əhatə edən qulluqdur.
Sual: Qulluğun kamilliyi üçün nə lazımdır?
Cavab: Əsmanın ən yüksək səviyyədə təcəlli etdiyi bir ayna olmaq.


Quranın ilk nazil olan ayəsinin ilk cümləsində Allahın Rəbb olmasına vurğu vurulur:
“Oxu yaradan Rəbbin adına!” (Ələq, 1)
Niyə ayədə “yaradan Rəbb adına” deyil, məhz “Rəbbin adına” buyurulur? Çünki quldan “Rəbbin quluyam” yerinə “Mənim Rəbbim/bizim Rəbbimiz” deməsi istənilir. Atamızı və anamızı mənimsədiyimiz qədər (atam, anam) Rəbbimizi də mənimsəməliyik (Rəbbim). Deməli, qul Rəbbini nə qədər mənimsəsə, tərbiyəsindən o qədər istifadə etmiş olar, o qədər Allaha yaxınlaşmış olar. Rəbbindən şəfqət şilləsi yesə belə, “Mənim Rəbbim deyilmi?” demyi bacarar. Anamız bizi danlayıb döydüyündə heç ondan inciyirikmi? Anamızın danlamağı bizə olan sevgisinin təcəllisidir, o sevgi ki, mənbəyi Allahdandır. Allahın Rəbb olmağının sirri də sevgidir. “İndi günahlarınız üçün Rəbbinizdən əfv diləyin və ardınca da şüurunuzu yeniləyərək Ona yönəlin. Unutmayın ki, mənim Rəbbim çox mərhəmətli davranır: O həm sevər, həm sevilməyi istəyər” (11/90).

İlk nazil olan 20 surədə Allah ismi 27 dəfə keçir, Rəbb ismi 46 dəfə. Bu da Məkkəli inkarçıların Allahın uluhiyyətini deyil, rububiyyətini qəbul etmədiklərinin dəlilidir. Onlar Allahı göydə İlah olduğunu qəbul edirdilər, amma yerdə Rəbb olmağını və həyatlarına hər an müdaxilə etdiyini rədd edirdilər. Quran da onların bu düşüncələrini rədd etdi: “Göydə də ilah olan yerdə də ilah olan yalnızca Odur” (Zuhruf, 84).

Fironun da rədd etdiyi Allahın uluhiyyəti deyil rububiyyəti idi. Onun üçün də inkarını “Mən sizin ən böyük ilahınızam” şəklində deyil, “Mən sizin ən böyük Rəbbinizəm!” şəklində dilə gətirdi (Naziat, 24). Nas surəsində Rəbb sifəti İlah sifətinin önündə gəlir. Çünki rububiyyət canlı cansız, şüurlu şüursuz, mömin kafir hər varlığa şamildir. Fəqət uluhiyyət sadəcə şüurlu varlıq olan insana şamildir. O inkar edənlərin də Rəbbidir, fəqət yalnızca iman edənlərin İlahıdır.
Quranda Rəbb ismi ilə yan-yana Allahın daha iki isim də keçir. Rəhim və Ğafur isimləri.
“Rəhim olan Rəbbindən salam deyiləcəkdir.” (36/58)
Yəni “O necə bir Rəbdir?” sualına sanki verilmiş bir cavabdır: “O Rəhim bir Rəbdir.” Bununla verilmək istənilən mesaj: O, yaratdıqlarını istərsə rəhməti ilə, istərsə qəzəbi ilə, istərsə cəmalı ilə, istərsə cəlalı ilə tərbiyə edər. Fəqət O yaratdıqlarını Onun tərbiyəsini rədd etmədikləri və Onun rububiyyətinə xəyanət etmədikləri halda rəhməti ilə tərbiyə edər. Çünki O Rəhim bir Rəbdir.

Rəbb ismi ilə yan-yana keçən ikinci isim Ğafur ismidir.
“Rəbbinizin sizə bəxş etdiyi ruzidən nəsibinizi alın və Ona şükür edin! Sizə tərifsiz gözəllikdə bir yurd və tərifsiz bağışlayıcı bir Rəbb! (34/15)
Burada da yenə “O necə bir Rəbdir?” sualına cavab alırıq: “O Ğafur bir Rəbdir.” Niyə Rəbb Ğafurdur? Çünki tərbiyəyə möhtac olan qüsurludur. Tərbiyə edilərkən əlbəttə tərbiyəçisinə qarşı da qüsur işləyəcəkdir. O zaman tərbiyəçinin bağışlayıcı olması, Rəbb olmanın şanındandır. Bundan yola çıxaraq bütün müəllimlər və tərbiyəçilər özlərinə bir dərs götürməlidirlər: tələbələrə və öyrətdiklərinə mərhəmətli və bağıçlayıcı yaxınlaşmaq. Çünki öyrətmənin təməli mərhəmətdir.

“Allahım! Rəbbim sənsən! Səndən başqa qulluq edəcək qapım yox!”

Hazırladı: Arzu Musayeva
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:34
GÜNƏŞ07:08
ZÖHR [ 4 rükət ]13:41
ƏSR [ 4 rükət ]17:21
MƏĞRİB [ 3 rükət ]20:12
İŞA [ 4 rükət ]21:42
GECƏYARI00:53
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka