Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.

[Maidə, 8]


Harada olursansa ol, Allahdan qorx və təqva duyğusu içində ol! Bir günaha düşmüsənsə, dərhal ardından bir yaxşılıq et ki, o günahını silsin. İnsanlarla olan davranışlarında da gözəl əxlaqdan heç ayrılma!

[Tirmizi, Birr, 55; Müsnəd, 2/5, 5/153, 178, 228]


Təqva, sevginin zirvəsidir

[Hikmətli sözlər]

HANSI QURAN?

[ Ana səhifə / 1740 dəfə baxılıb ]   
|
 
  • Dr. Əli Şəriətinin "Ana, Ata, Biz Günahkarıq!" adlı əsərindən ixtisarla


  • Bəli, sən Quran deyirsən, amma hansı Quran? Cəhalətin əlində etiqad edilib müqəddəs hesab edilən bir obyekt olan Quranmı? Cinayətin mizraqlarının ucundakı Quranmı? Yoxsa dörddəbir əsrdən daha az bir müddətdə, səhranın dağınıq və düşmən qəbilələrini birləşdirərək, dünyanın suveren güclərini -Bizans, Sasani - çökdürən, insanlığın qədərini ələ keçirən, inqilabçı quruluşuyla insanlıq tarixində yeni bir mədəniyyət və incəsənət meydana gətirən bir kitab olan Quranmı?
    Daha çox həyata, məlumata, izzət, kamal və cihada istiqamətlənən, təxminən yetmiş surəsinin adını insanı maraqlandıran mövzulardan alan bu kitab; təxminən otuz surəsinin adını maddi fenomenlərdən, yalnız iki surəsinin adını ibadətlərdən alan bir kitab!.
    Bu kitab, "dostunun cəhaləti" və "düşməninin hiyləsiylə" yarpaqlarının açıldığı gündən bəri, yarpaqları bahalı olmağa başladı. "Mətni" tərk edilib "dərisi" rəvac tapdığından bəri adı "oxumaq" mənasını verən bu kitab oxunmaz oldu. Müqəddəs hesab etmə, xeyir-bərəkət və mal qazanma işləri gördü. İctimai, ruhi və fikri məsələ və dərdlərin cavabı bu kitabda axtarılmadığından bəri, onda soyuqlama, revmatizm kimi bədənsəl xəstəliklərin şəfası axtarılmağa başlandı. Oyaqkən tərk edilib, yatarkən başların üstünə asılandan bəri, ölülərin xidmətinə təqdim edilməkdə, ölüb getmişlərin ruhlarına ithaf edilməkdə və səsi yalnız qəbiristanlıqlardan eşidilməkdədir.

    Quran və azğınlıq:

    Oxumanın, düşünmənin, aydınlanmanın, qavramanın, şüurlanmanın, yol tapmanın [hidayət], ayağa qalxmanın [qiyam], əməl etmənin kitabı olan Quran; tamaşaçılarının, öhdəçilik, seçəbilirlik [furqan] və insani məsuliyyət adına təklif etdiyi tək həll; "İstixarə" olan, etiqad edilən bir kitab formasına çevrildi. İzləyicilərinin onun qarşısında borcu qupquru bir ucaltma, tərif, təzim, etiqad və öpməkdən ibarət oldu. Dəstəmazsız əl vurmamaq, bir qılıfa keçirilərək aynanın kənarına və ya divarın yüksək yerindən asmaq... Qundağın yanına, yeni evin qapısına, qonağın başına dolamaq... Bəzi surələr və ayələrindən də cadugərlər tərəfindən, xüsusi mərasimlərdə tilsim və ovsun vasitəsi kimi, cin və xəstəliklərdən qurtulmaq üçün, sehrbazların vurduqları düyünlərdən azad olmaq üçün istifadə edilməyə başlandı.

    Bundan əvvəl dindarlar müstəmləkəçilik və imperializmin əsarətində olmalarına baxmayaraq gündəmə gələn dini əməl, dini rəftar onlar üçün bu mənanı verirdi: fərdi günahlardan təmizlənmək, ibadətlə axirət üçün savab yığmaq, Rəsul və imamlar ilə salehlərin şəfaətini qazanmaq. Yaxşı bəs imperializm və müstəmləkəçilik?!!
    Lakin Quran, “müqəddəs rəfindən” təhsil, təlim və düşünmək üçün endiriləndə, onlara; Axirətdəki qurtuluşun, bu dünyadakı qurtuluşa bağlı olduğunu, Cənnətin yolunun, azadlıq, izzət, oyanıqlıq, məlumat və şüurdan keçdiyini, bu dünyada zillət üzrə ölənin orada zillət üzrə qalxacağını, burada kor olanın orada kor olacağını öyrətdi.
    Bildilər ki; "zülmə razılaşan zalımın ortağıdır". Müsəlmanın həyatı "əqidə və cihad ilə möhkəmdir". Peyğəmbər və izindən gedənlərin sünnəti; qulluq, təlqin və uyuşdurucu ibadətlər deyil, "cihad və şahidlikdir." Quranın gətirdiyi rahiblik deyil. "Peyğəmbər silahlıdır", risalətin hədəfi məlumat şüur və ədalətdir.
    Quran xalqı oyatdı. İslamın ən böyük vəzifəsi, hər şeydən əvvəl cəmiyyət və düşüncədəki çöküş faktorlarını kökündən kəsməkdir. Təharət və nəcasətdə yeni bir hissə kəşf etmə, ziyarət yoluyla şəhid savabını qazanma, kəlam-fiqh çəkişmələriylə məşğul olma yerinə, silahını qapıb Fransız müstəmləkəçiliyini yox etməkdir.
    Əgər Quran, kitab olsa, oxunub aydın olsa, gündəmi İşğal etsə, əgər möminlərə "O danışır xitabı sənədir, qulaq asmalı, nə dediyini dinləyib qavramalısan" deyilsə, qurtuluş bağışlayar, izzətə çatdırar, oyandırıcı və quruluşçu olar. Quran bu gücü yalnız keçmişdə göstərmiş deyil, bu gün də belədir. Tam keçmiş, Roma-Sasani imperializminə qarşı deyil, müasir müstəmləkəçilik və imperializmə qarşı da bu gücü verər.
    Quranın tarixdəki izləri araşdırılmalı. Son yüz əlli ildir müstəmləkəçiliyin Asiya və Afrika cəmiyyətlərindəki fikri, mədəni və siyasi hücumlarına qarşı qoyuluş üsullarını araşdırmalı. Bax, bundan sonra tanıyar və görərsən ki, bu kitab, düşüncə, azadlıq və ədalətin kitabıdır.

    Quranı Anlamaq:
    İndi yenə eyni kitab önümüzdə var; hərçənd mesaj gətirici deyil; amma mesajı var. Bu mesaj bizə məsuliyyət yükləyir. Baxın, məhz buna görə mən tarix dərsini bu mərhələdən sonra Qurandan götürəcəyəm. Bundan sonra bütün araşdırmalarımı Quran üzərində sıxlaşdırmağa qərar verdim. Bu günə qədər müxtəlif mövzuları, müxtəlif sahələrdə ortaya qoyduqda subutlarda və şahid gətirmələrimdə Qurandan çox faydalanmadığımı görmənizin iki səbəbi vardı: Birincisi, əsasən, hər şeydən əvvəl müstəqil, məntiqli, bir sözə söykənmədən düşünməyə başlanılmalıdır.
    Bir digəri də daha çox bu səbəbdəndir: Mən sadə bir araşdırmaçı, kitab və araşdırma əhli bir insan olaraq, nəzəri və elmi bir məsələ ortaya qoyduqda, qəti olaraq mənim gözümə çarpan, nəticə çıxardığım, dəlil gətirdiyim şeylərdə bir yanılma payı vardır. Bundan ötəri mənim və ya mənim kimi olanlar tərəfindən "bu, ancaq belədir, başqa cür ola bilməz" şəklində bir görüş qarşıya qoyulmamışdır, ola bilməz də. Bizim inandığımız və əmin olduğumuz şey, daim daha yaxşı və doğru anlama səyində olduğumuz, bu iş üçün hər kəsdən kömək dilədiyimiz, hətta düşmənlərin belə bu yolda bizə kömək edəcəkləri, etdikləri mövzudur.

    Bunun üçün, bir elmi yazı və bir elmi görüş ortaya qoyduqda və ya inandığım bir məktəbdən söz nəql etdikdə; əgər Quranın uyğun, böyük bir surəsini, bir ayəsini götürüb, o mövzunun altına yazar, ona söykənsəm, bu, Quranı öz fikirimi isbat etmək yolunda istifadə etməm deməkdir. Quran daim belə bir araşdırma və ya təbliğ üsulunun qurbanı olmuşdur. Quran, daim buyruqlarımızı nə olursa-olsun isbat etmək üçün bir alət olmuşdur. Heç bir zaman heç kim, hər şeyi, məzhəbi, elmi, ədəbi bütün zehniyyətini və məlumatını bir tərəfə atıb; əvvəlki fikirlərindən təmizlənmiş bir zehinlə Qurana yönəlməmişdir. Söylədiyimə uyğun bir hədis vardır: "Hər kim Quranı öz fikiriylə təfsir etsə, yeri atəşdədir", Bu "görüş"ə "ağıl" dedilər, yəni hər kim Quranı ağılıyla təfsir etsə!. Elə isə nəylə təfsir etməliyik? Doğru tanımaq üçün ağıldan başqa bir yolumuz yoxdur. Belə etdikdə də “xeyr” deyirlər, “bizim məqsədimiz hər ayənin altına imamdan bir rəvayət gətirməkdir”! Əfəndi! Yoxsa bu rəvayəti də ağılla seçmək lazım deyilmi? Yoxsa, bu ayənin təfsiri olan rəvayəti ağılımızın seçməsi, anlaması lazım deyilmi? Bunu ayənin altına gətir, sonra da bu ayənin mənasının bu olduğunu anla?!! Ağılsız adamın başına istədiyin qədər ayə, istədiyin qədər rəvayət töksən də yenə də fayda etməz. Karlara çağırını eşitdirə bilməzsən, hələ bu kar və dilsiz insan, o səsi çağırışı anlamır, eşitmirsə. Bu adamın canı sıxılar, əsəbiləşər, səndən bezər, qaçar, arxasını çevirər. Artıq peyğəmbərin özü belə ona bir şey eşitdirə bilməz.

    Elə isə məsələ Quranı "baxış"la təfsir etməməkdir. Baxış daha əvvəl mövcud olan fikir və inanclarımızdır. Əvvəl filan elmi, fiziki, kimyəvi, fiqhi, məzhəbi baxışlara inanır, ondan sonra gedib Quranda, əvvəlki inancımızın isbatına dəlil gəzirik. Buna görə də şahid oluruq ki, Şiə, Quranın ardından gedir, Şiə çıxır; Sünni gedir, sünni çıxır; Vahabi gedir, Vahabi çıxır; Cəbri gedir, Cəbri çıxır; Nəsibi gedir, Nəsibi çıxır və s. Yaxşı, bəs o zaman Quran nə edir? Bütün bunlar baxış tərzidir və bütün bunlar fikirlə edilmiş təfsirlərdir. Elə isə necə olmalıyıq? Əvvəlki bütün fikirlərdən təmizlənmiş, varislik yoluyla və ya zorla yüklənmiş bütün əvvəlki inanclardan təmizlənmiş bir ağıl; oyanıq bir zehin olaraq; məntiqi və ağılı, qüdrətli, oyanıq, məna çıxara bilən, amma daha əvvəlki hər hansı bir fikiri isbat etməyə fanatizmi və təəhhüdü olmayan bir şüurla Qurana üz tutmalı və Quranın içindən nəyin nə olduğunu görməli və çıxarmalıyıq.

    Hazırladı: Şəbnəm Ağayeva / Azerislam.com
    |
      
     
     

     ayə(lər)

     nə axtarırsınız?

     
    FƏCR [ 2 rükət ]04:47
    GÜNƏŞ06:34
    ZÖHR [ 4 rükət ]13:38
    ƏSR [ 4 rükət ]17:30
    MƏĞRİB [ 3 rükət ]20:41
    İŞA [ 4 rükət ]22:21
    GECƏYARI00:44
    Aylıq təqvim

    «Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
    [ ən-Nisa, 103 ]
    VideoTube
    Audioteka