O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə bir daha onu təkrar etməzlər.
[Ali imran, 135]
Müsəlman, insanların əlindən və dilindən əmin olduğu insandır.
[Tirmizi, İman 12]
Sadəcə iman edib Saleh əməl işləmək insanı "yaxşı" edər. Haqqı və səbri tövsiyə etmək isə insanı "aktiv yaxşı" edər.
[Hikmətli sözlər]
.
AZƏRBAYCAN ALİMLƏRİ - ŞEYXULİSLAM FAZİL İRƏVANİ
[ Elm / 8288 dəfə baxılıb ]
|
Şeyxülislam Fazil İrəvani 1782-ci ildə İrəvan şəhərində göz açmışdı.İlk təhsilini elə doğulduğu şəhərdə mədrəsədə aldıqdan sonra ali dini təhsilə yiyələnmək üçün 20 yaşında Qahirənin “Əl-Əzhər” Unversitetinə göndərilmişdir. 45 yaşında İrana qayıdıb, uzun müddət İsfahan və Təbriz şəhərlərində axundluq etmişdir.
Axund Fazil İrəvani Şərq tarixi və dini elmlərə aid bir neçə risalənin müəllifi kimi İranda ad-san qazanmışdir. Sonralar İrəvan şəhərinə qayıtmiş və Göy Cami məscidində baş axund kimi fəaliyyətə başlamışdır.
1843-cü ildə Fazil İrəvani Qafqaz Müsəlmanları Şeyxülislamının müavini vəzifəsinə dəvət olunur. Dəvəti qəbul edən Fazil İrəvani idarənin fəaliyyətini xeyli genişləndirir və işini təkmilləşdirir.Diyarın müsəlman əhalisi ruhani dairələrinə bölünməklə diyarda şəriət məhkəmələri yaradılır. Bütün müsəlmanlara ruhani zümrəsinə daxil olmaq hüququ verilir. İrəvanin təşəbbüsü ilə ruhanilərə vəzifə maaşları kəsilməklə onlara dövlət məmurları ilə eyni səlahiyyətlər verilir.Beləliklə, əvvələr müctəhidin səlahiyyətində olan qayda-qanunların həyata keçirilməsi şeyxülislama həvalə edilir.
1846-cı ildə Fazil İrəvani Qafqazın Şeyxülislamı seçilir. Qurumun öz mövqeyini qoruyub saxlaması və genişləndirilməsi məhz İrəvaninin şeyxülislamlığı dövründə mümkün oldu.
Şeyxülislam İrəvani bir çox qanunları sistemləşdirdi
İdarənin fəaliyyətinə prokuror nəzarəti ləğv edildi Yüksək ruhani şəxslərin təyin edilməsini ruhani idarəsi özü həyata keçirirdi.
Nigah bağlanması və boşanmaların həyata keçirilməsi səlahiyyətləri məscid ruhanilərindən alınaraq daha yüksək savada malik olan axundlara həvalə edildi. Qazıların səlahiyyətlərinə aid məsələlərə geniş yer ayrıldı
Fazil İrəvani 1843-cü ilə qədər, xüsusi ilə də İsfahanda və Təbriz şəhərlərində axundluq etdiyi dövrlərdə bədii yaradıcılıqda məşğul olmuşdur.
1812-ci ildə Sank-Peterburqda eyni vaxtda 2 kitabı çap olunmuşdur. Erməni dilində olan “Qızılgül və bülbül haqqlnda əxlaqi roman” kitabı daha sonralar rus, fransız dilində çap olunmuş və geniş oxucu kütləsinə malik olmuşdur.
Şeyxülislam Fazil İrəvani özünün ən böyük uğuru kimi yerinə Molla Əhməd Hüseyzadəni hazırlamışdı və istefa verib İrəvana qayıdacağı təqdirdə, onun şeyxülislam təyin ediləcəyinə tam əmin olandan sonra 1862-ci ildə istefa verib doğma İrəvana köçür. Elə ömrünün axırına kimi doğulduğu şəhərdə qalır.
Qafqazın II şexülislamı olmuş axund Fazil İrəvani 1885-ci ildə 103 yaşında İrəvanda dünyasını dəyişir.
Şeyxülislam Fazil İrəvani ölümündən sonra İrəvandakı “Şeyxülislam məhəlləsi” və Karvansaray onun adını uzun illər daşıdı.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.