Diqqət, diqqət! «MİNBƏRDƏN» adlı audio bölməmizə «Təravih xütbələri-2», adlı yeni səsli dərs əlavə olundu. Hər gün təravih xütbələrini dinləmək istəyənlər Azərislamı izləməyi unutmasınlar. Yenilikləri təqib edin!

Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!

[ əl-Bəqərə, 183 ]


Ənəs bin Malikin (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Sizdən biriniz məni valideynindən, övladından və cəmi insanlardan çox sevməyincə imanı (kamil) olmaz»

[ Müslim, 167 ]


«İki əməl var ki, qəlbi öldürər: çox danısmaq və çox yemək».

[əl-Fudeyl b. İyad]

« Sentaybr 2006
Be Ça Çr Ca Şb Bz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Ramazan ayında Quranı oxuyub xətm etmək niyyətiniz varmı?

Bəli
Xeyir
Dəqiq bilmirəm
Hazır deyiləm

Nəticələrə bax

Sevda | Bakı
Əssalamu Aleykum. Əvvəlcədən üzr istəyirəm. Menim bir sualim var. Heyz vaxtı qurtardıqdan sonra 1-2 gun fasiləden sonra axınta olursa, onda oruc pozulur?

Aleykumus-salam. Heyz qurtardıqdan sonra gələn qan istihada qanı adlanır. Və lakin siz bu qanın heyz olub olmadığını dəqiqləşdirməlisiniz. Əgər heyzdən sonra gəlirsə bu qan istihada adlanır, və bu qan orucu pozmur. Aişə r.a dedi: Fatmə bint Əbi Cahş çox vaxt istihadə olurdu. Peygəmbər s.a.s ona dedi: " Heyz qara rəngdə bilinən qandır, əgər heyz gəldikdə namaz qılma, ayrı qan ( istihadə ) gəldikdə isə dəstəmaz al namaz qıl " ( hədisi Əbu Davud, Nəsəi, İbn Hibban və Daruqutni rəvayər etmişlər ) Bu hədis göstərir ki heyz olan qadın namaz qılmır və həmçinin orucda tutmur, istihadə olan qadın isə namazda qılır orucda tutur. 
Mədinə Beynəlxalq İslam unversitetinin məzunu Ramil Soltanov.
Azerislam.com

cavid | sumqayit
qusl orucu pozur?
Əssalamu aleykum. xeyir qüsl orucu pozmur.
Azerislam.com
orxan ilham oglu | Baki
as-selamu aleykum. Man sizdan xahis ediram ki orucu batil edan seylari soylayasiniz.Haminizin allah oruc namazinizi qabul elasin.Allah haminizdan razi olsun
Aleykumus-salam. Orucu batil edən şeylər bunlardır. 1-qadınla cinsi əlaqəyə girmək. 2 - Məniyin çıxması (xəstəlik və yuxuda çıxmasından başqa). 3-Qəsdən yemək və yaxud içmək. Oruc tutan insan bilmədən və yaxud unudub bunları etsə orucu batil olmur.
Mədinə Beynəlxalq İslam unversitetinin məzunu ramil Soltanov.
Azerislam.com
Nizam | Baki
Salam aleykum,Elxan Musayevin kitabinda yazilib ki,tupurcəyi udmaq orucu pozur.Mumkun olsa buna munasibət bildirəsniz?.
Aleykumus-salam. ilk olaraq bilmək istəyirik ki Elxan Musayev bunu hansı kitabda qeyd etmişdi???
Azerislam.com
oxucu | bakı
Həm Ramazan orucunun qəzasını, həm də nafilə orucunu niyyət edib - iki niyyətlə bir oruc tutmaq olarmı?

Buna aid heç bir dəlil-sübutun olmamağı onu göstərir ki, bunu etmək caiz deyildir.

Azerislam.com

Rəşad Rəsullu | Bakı
Assalamu aleykum. İlk öncə hər birinizi müqəddəs Ramazan ayinin girməsi münasibətilə təbrik edir, onun hamı üçün xeyirli olmasını diləyirəm. Mənim bir neçə sualım var.
1. Qafqaz Müsəlmanları İdarəsi bu ilin Ramazan ayında səhur və iftar vaxtları ilə bağlı "Pirqulu" rəsədxanasının hesablamalarını əsas götürərək fitva verib. Həmin fitvada əks olunan vaxtlar sizin saytda qoyulmuş təqvimdən təxminən 15-20 dəqiqə fərqlənir. Bunu izah etmənizi və bizim hansı təqvimi əsas götürmək barədə məsləhət vermənizi xahiş edərdim.
2. Sualım zəkatla bağlıdır. Birinci məsələ - mən zəkatımı pul şəklində ödəyə bilərəmmi? Daha sonra - bildiyimə görə kiminsə il ərzində qazancı 96 qram qızıl ekvivalentindən çoxdursa o zəkat verməlidir. Bu zaman zəkat hansı hissədən verilir? Ümumi məbləğdən, yoxsa 96 qram qızılın dəyəri çıxıldıqdan sonra yerdə qalan məbləğdən? Və son - zəkat pul məbləğinin neçədə bir hissəsini təşkil etməlidir və o, kimlərə verilə bilər?
3. Ramazanda təravih namazı tək qılına bilərmi və o, tək qılınarsa neçə rükət qılınmalıdır?
4. Qədr gecəsini evdə ibadətlə keçirmək olarmı? Bu zaman Quran (Azərbaycan dilində) və ya başqa elmi xarakterli dini kitablar, məsələn, Harun Yəhyanın kitablarını oxumaq olarmı?
Əvvəlcədən təşəkkürümü bildirirəm.
Allahın salamı və xeyir-duası üzərinizə olsun!

1) Bu təqvimlər arasında elə bir ciddi fərq olmadığından siz ixtiyari bir təqvimi götürüb onunla orucunuzu tuta bilərsiniz. Çünki bütün təqvimlər təxmini olaraq verilir. Lakin biz öz yazdığımız təqvimə cavabdehik.

2) Əgər siz Ramazan ayında verilən fitrə zəkatını nəzərdə tutursunuzsa onda bu zəkatı pulla vermək olmaz. Fitrə zəkatı un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilir. Bu zəkatın miqdarı adam başına üç kiloqramdır. Fitrə zəkatı kasıblara verilir.

Əgər siz varlılar üçün vacib olan zəkatı nəzərdə tutursunuzsa, onda bu zəkatı (əgər zəkatını verəcəyiniz mal qızıl, gümüş və ya ticarət malıdırsa) pulla vermək olar. Belə ki, sizin qızılınızın miqdarı 85 qrama çatdıqdan sonra bunun üzərindən bir il keçərsə və bu il müddətində qızılınızın miqdarı 85 qramdan aşağı düşməzsə ilin tamamında əlinizdə olan qızılın qırxda birini (yəni 2,5 faizini) zəkat verməlisiniz. Həmçinin sizin pulunuzun miqdarı 85 qram qızıl ekvivalentinə çatdısa bunu da hökmü yuxarıda qeyd etdiyimiz kimidir. Bu zəkat aşağıdakı səkkiz sinif insanlara verilir: Uca Allah buyurur: “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb-paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin (borcunu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətənə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir və hikmət sahibidir.” (ət-Tövbə surəsi 60-cı ayə).

3) Bəli, Ramazan ayında təravih namazı tək qılına bilər. Bu namaz tək qılındıqda da 11 rükətdən ibarətdir.

4) Bəli Qədr gecəsini evdə ibadətlə keçirmək olar. Bu zaman Quran (Azərbaycan dilində) və ya başqa elmi xarakterli dini kitablar oxumaq olar.


Azerislam.com
Toğrul | Bakı
Oruc tutarkən idmanla meşğul ola bileremmi?

Bəli məşğul ola bilərsiniz.

Azerislam.com

Sevda Əskərova | Bakı
Men bilmek isterdim ki. sahar oruc tutanda ne demek lazimdir (dua) ?

Bunun üçün xüsusi bir dua yoxdur.Bismillah deyib başlamağınız kifayət edər

Azerislam.com

Fərhad Əliyev | Bakı
Eger Ramazan orucunda qeza olmushsa, Ramazandan sonra qezasini tutmadan Shevvalin 6 gunluk orucunu dalbadal veya fasilelerle tutmaq olarmi?

Olar.

Aişə (r.a) rəvayət edir ki: “Mənim Ramazan ayından orucum qəzaya qalardı və mən onun qəzasını Şaban ayında tutardım.”(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)


Azerislam.com
oxucu | bakı
Mualicede olanlar iftari açdiqdan sonra vitaminli iyneler vurdura bilerlermi?

Bəli, iftardan sonra vitaminli iynələr vurdura bilərlər.

Azerislam.com

Sabir | bakı
MEN INSALLAH ORUC TUTMAQ FIKRIM VAR AXIRINCI GUN NE VAXT QUSL ALMAQ GUNU NE VAXT PAK OLMAQ LAZIMDI SAG OLUN ALLAH SIZDEN VE BUTUN MUSALMANLARDAN RAZI OLSUN

Oruc tutmaq üçün məxsusi bir qüsl yoxdur.

Pak olmaq üçün isə sadəcə qüsl etmək kifayətdir.


Azerislam.com
Elnur | Sumqayıt
Cox vaxt ele olur ki, men obasdan a dura bilmirem ya yatib qaliram ya da nese olur ki dura bilmirem! amma duran kimi niyyetimi edib ORUC TUTURAM!!!]
BU NE DERECE DE SEHiHDIR!?

Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir. O ki qaldı niyyət etməyə, qeyd etmək lazımdır ki, niyyətin yeri qəlbdir, bunu tələffüz etmək isə dində yenilikdir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Əməllər niyyətlərə görədir və hər kəsin niyyət etdiyi bir əməl vardır. Kimin hicrəti Allah və Onun rəsulu (hər ikisinin buyruqlarını yerinə yetirmək) üçündürsə, onun hicrəti (etdiyi hər bir əməl) Allah və Onun rəsulu (hər ikisinin razılığını qazanmaq) üçündür.(Onun savabını Allah verir.) Kimin də hicrəti dünyaya nail olmaq və ya qadınla evlənmək üçündürsə, onun hicrəti niyyət etdiyində tamamlanır.(İstədiyinə yalnız bu dünyada nail olur.)”(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.)

Azerislam.com

G. Kazımova | Bakı
1) Ramazan ayında dodaq boyasından istifadə etdikdə oruc batil olurmu?
2) Qəlbində müsəlman hissi, onündə müqəddəs Quran, tək Allah qarşısında dua edən, lakin namaz qılmayan adamın orucu qəbul olunurmu, və ya həmin şəxs özünü müsəlman hesab edə bilərmi?
3) Hicab hər bir müsəlman qadının borcudurmu? Təşəkkür edirəm.
Allah Sizdən razı olsun.

1) Ramazan ayında dodaq boyasından istifadə etdikdə oruc pozulmur. Lakin onu da qeyd etmək lazımdır ki, dodaq boyasından istifadə etməkdən çəkinmək daha yaxşıdır. Belə ki, onun mədəyə düşmək ehtimalı çoxdur.

2) Bu məsələni də iki hissəyə bölmək gərəkdir:

- Namazın gərəksiz olduğunu etiqad edən şəxs kafirdir və oruc tutmağının heç bir faydası yoxdur; Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) soruşduqda

o demişdir: “Bizimlə onların (kafirlərin) arasında olan əhd namazdır. Hər kim onu tərk etsə, küfr etmiş olar.”

- Səhlənkarlıq ucbatından namazı tərk edən şəxsin orucunun qəbul olub-olunmaması isə Allaha aiddir.

3) Bəli hicab taxmaq hər bir müsəlman qadının borcudur. Uca Allah buyurur: “Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun. Boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin);....” (ən-Nur surəsi 31-ci ayə).


Azerislam.com
C.S. | Bakı
Orucu 1-ci dəfə tutmaq niyyətim var. Hansı sözləri demək lazımdır, və o sözləri Ərəb dilində deməliyəm yoxsa Azərbaycan dilində? Çox sağolun.

Oruc tutmaq istəyən şəxs yalnız bunu qəlbində niyyət etməlidir. Bu niyyəti dillə tələffüz etmək düzgün deyildir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə etməmişdir. Səhər yeməyini yedikdə deyilən duaya gəlincə onu qeyd etmək lazımdır ki, bunun üçün xüsusi bir dua yoxdur. Odur ki, oruc tutan şəxs həmişə olduğu kimi səhər yeməyinə başladıqda “Bismilləh” deyir, qurtardıqdan sonra isə “Əlhəmdulilləh” deyir. Axşam orucunu açdıqda isə xüsusi ilə bu duanı deyir: “Zəhəbəz-zəmə’u vabtəllətil-uruq va səbətəl-əcr inşaallah”(Allahın istəyi ilə susuzluq keçib getdi, damarlar islandı, Allah istəsə mükafatı sübuta yetər).

“Allahümmə inni əs'əlukə birəhmətikəl-ləti vasiat küllə şeyin ən təğfira li” (Allahım, Sənin hər şeyi əhatə edən mərhəmətinlə Sənə yalvarıram ki, məni bağışla). Bu duaları Azərbaycan dilində də demək olar.


Azerislam.com
Səbinə | Bakı
Oruc tutarkən dodaq boyasından istifadə etmək olar?

 Bəli çəkə bilər. Lakin onu da qeyd etmək lazımdır ki, dodaq boyasından istifadə etməkdən çəkinmək daha yaxşıdır. Belə ki, onun mədəyə düşmək ehtimalı çoxdur.

Azerislam.com

Amil Məcnunov | Bakı
Salam. Biz səhər oruc tutanda neçəyə qədər yeyib qurtarmalıyıq. Cavabınızı gözləyirəm.

Salamlaeykum.

Siz səhurunuzu (Oruc tutanın səhər yeməyi) sübh əzanının vaxtına qədər davam etdirə bilərsiniz.


Azerislam.com
ibrahimova Aybəniz | bakı
Ağızı yaxalamağın orucu pozmadığını bilirəm. Bəs agızı su ilə deyil marqans məhlulu, yaxud ətirləndirici məhlullarla yaxalamaq necə, orucu pozurmu?

Xeyir pozmur. Lakin bunu etdikdə ehtiyatlı olmalıdır ki boğazdan su daxil olmasın. Onu da qeyd edək ki, bunları zəruri səbəb olmadan etmək yaxşı hal deyildir.

Azerislam.com

EM | bakı
Mənim ailəm mənə oruc tutmağa icazə vermir. Mən nə edim?

 Əs-Sələmu aleykum və rahmətullahi və bərakətuhu! Ailənizin sizə oruc tutmağa icazə verməməsinin müxtəlif səbəbləri ola bilər. Əgər ailəniz sizə oruc tutmağa xəstə olduğunuza və ya həddi buluğa çatmadığınıza görə icazə vermirsə onda ailənizə tabe olmalısınız. Lakin xəstəliyə görə tərk etdiyiniz orucların qəzasını sağaldıqdan sonra tutmalısınız. Əgər ailəniz sizə səbəbsiz olaraq icazə vermirsə onda bu əməldə ailəyə tabe olmaq Uca Allaha asi olmaq deməkdir. Çünki Uca Allah Ramazan ayının orucunu sağlam, həddi buluğa çatmış və ağlı başında olan hər bir müsəlmana vacib buyurmuşdur. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (əl-Bəqərə surəsi 183-cü ayə.) Odur ki, bu səbəbə görə orucu tərk etmək olmaz.


Azerislam.com

hicran | Bakı
Əs-sələmu aleykum və rahmətullahi və bərakətuhu. Qardaşım hamilə qadınlar oruc tuya bilərlərmi? Əs-sələmu aleykum və rahmətullahi və bərakatuhu.

Əgər hamilə qadın oruc tutan zaman çətinliklə üzləşərsə və ya onun oruc tutması uşağa zərər verərsə bu zaman o, orucunu tərk edir və sonradan həmin günlərin qəzasını tutur. Çünki hamilə qadının halı xəstənin və müsafirin halına bənzəyir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Həqiqətən, Allah müsafirə orucu və namazın yarısını, hamilə və süd verən qadına isə orucu keçmişdir.”

Azerislam.com

Ilahə Rasulova | Bakı
1. Oruc tutarkən səhər durmamaq olarmı ?
2. Bu ay ər-arvad münasibətlərində olmaq günahdırmı?
3. Sabah mən işgüzar bir nahara dəvət olunmuşam. Bu çox vacib bir nahardır. Bir gün orucu pozub, sonra bir gün əlavə tutmaq olarmı?

1. Oruc tutarkən səhər durub səhur etmək (səhər yeməyi yemək) şərt deyildir. Odur ki həmin şəxs səhər durmaya da bilər. Lakin səhurda bərəkət olduğu üçün onu etməsi daha yaxşı olardı. Bir şeyi də unutmayaq ki həmin şəxs namaz qılmaq üçün mütləq durmalıdır.

2. Ramazan ayında yalnız dan yeri söküləndən gün batanadək cinsi əlaqəyə girmək olmaz. Qalan vaxtlarda isə bunu etmək olar. Uca Allah buyurur: “İndi isə onlara [qadınlara] yaxınlaşın və Allahın sizin üçün müəyyən etdiyini istəyin [övlada və s. nail olmağa çalışın]. Dan yeri söküləndə ağ sap [şəfəq] qara sapdan [gecənin qaranlığından] seçilənə qədər yeyin-için. Sonra gecəyə qədər [gün batana kimi] orucunuzu tamamlayın.” (əl-Bəqərə surəsi 187-ci ayə).

3. Bu nahar nə qədər vacib olsa da Uca Allahın əmrindən vacib ola bilməz. Odur ki bu səbəbə görə orucu pozmaq günahdır. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə [pis əməllərdən] çəkinəsiniz.” (əl-Bəqərə surəsi 183-cü ayə). Başqa bir ayədə isə belə buyurur: “Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı) oruc tutmalıdır.” (əl-Bəqərə surəsi 185-ci ayə).


Azerislam.com
1 2
 
FƏCR [ 2 rükət ]06:03
GÜNƏŞ 07:32
ZÖHR [ 4 rükət ] 13:32
ƏSR [ 4 rükət ] 16:54
MAĞRİB [ 3 rükət ] 19:30
İŞA [ 4 rükət ] 20:56
Aylıq təqvim
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]


Buradan yüklə