Mərhəmətli, Rəhimli, Allahın adı ilə
əlavə axtarış
Saytımızın "SƏSLİ DƏRSLƏR" bölmasində "ÖMƏR ibn XATTAB (r.a)" adlı dərs əlavə olundu

XƏBƏRLƏRƏ YAZIL
 

DOST SAYTLAR

 

  13.04.2006

İNDONEZİYADA “PLAYBOY” JURNALINA QARŞI ETİRAZ AKSİYASI

Çap versiyası  Dosta yolla

Dünən, Aprel ayının 13-də yüzlərlə İndoneziyalı vətəndaşlar, İndonesiyada yenicə fəaliyyətə başlamış “Play Boy” jurnalına öz etirazlarını bildirmək üçün aksiya keçirmişlər. Amerikanın sayılan əxlaqsızlıq jurnalı “Play Boy”-un İndoneziyada da nəşr olunması vətəndaşların qəzəbinə səbəb olub. Onlar redaksiyanın qarşısında yığılaraq redaksiyanın binasını və pəncərələrini daşlamağa başlamışlar.


“İslam Müdafiəçiləri Komitəsi”-nin təşkil etdiyi bu etiraz aksiyasında 300 nəfərdən çox vətəndaş iştirak edib. “REUTER” informasiya agentliyinin xəbər verdiyinə görə, aksiyaçılar binanın qarşısında dayanıb, “Allahu Əkbər” sözlərini qışqıraraq bu jurnalın fəaliyyətinin dayandırılmasını tələb etmişlər.


Aksiya zamanı 90 nəfər polis əməkdaşının xəsarət aldığı bildirilir. Redaksiya işçilərinin çoxu isə, aksiya hücuma başlayarkən binanı tərk etmişlər.


Fransa xəbər agentliyinin xəbər verdiyinə görə isə, aksiya iştirakçılarından saxlanılan olmayıb, ancaq polislər daş atan vətəndaşları yaxalamağa çalışıblar.


“İslam Müdafiəçiləri Komitəsi”-nin əməkdaşı Səlim Əli Həmid İndoneziyada yayımlanan “Alşenta” radio kanalında bildirib ki; “PlayBoy nəşri dayandırmayınca biz hücumlarımızı artıracayıq”


Bu jurnalın İndoneziyada ilk buraxılışı Cümə günü Aprelin 7-də olmuşdur və dünyanın 20 ölkəsində nəşr olunan “Play Boy” jurnalları arasında ən az çılpaq qadın şəkilləri buradadır.


Beləki Cümə Axşamı Aprelin 6-da İndoneziyada fəaliyyət göstərən İslam təşkilatları parlamentə müraciət edərək əxlaqsızlığın qarşısını alan yeni qanunların qəbulunu tələb etdilər.

Çap versiyası   Dosta yolla


SON YENİLƏMƏ

CARİ VAXT

NAMAZ TƏQVİMİ

 FƏCR [ 2 rükət ]04:42
 GÜNƏŞ06:30
 ZÖHR [ 4 rükət ]13:37
 ƏSR [ 4 rükət ]17:31
 MAĞRİB [ 3 rükət ]20:44
 İŞA [ 4 rükət ]22:26
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]

NAİLİYYƏTLƏRİMİZ

STATİSTİKA

 
© Azerislam.com - Müstəqil İslam saytı. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.
Materiallardan istifadə etdikdə istinad vacibdir.
Bu bir "Gənc Reportyorlar Birliyi" layihəsidir.
Dizayn və host: NUR D şirkəti tərəfindən dəstəklənir.
Reklam materiallarına görə Azerislam məsuliyyət daşımır.