Mərhəmətli, Rəhimli, Allahın adı ilə
əlavə axtarış
Saytımızın "SƏSLİ DƏRSLƏR" bölmasində "ÖMƏR ibn XATTAB (r.a)" adlı dərs əlavə olundu

XƏBƏRLƏRƏ YAZIL
 

DOST SAYTLAR

 

  28.01.2006

ƏRƏB ÖLKƏLƏRİ DANİMARKA MƏHSULLARINDAN İMTİNA EDİRLƏR

Çap versiyası  Dosta yolla

“İslam-Online”-dan aldığımız xəbərə görə dünən bir çox ərəb-islam ölkələrində cümə namazında imamlar xütbədə Danimarkada Peyğəmbərimizə (s.a.s) qarşı yazılan təhqirdən danışıblar. Bununla bərabər bir çox islam hərəkatları və təşkilatları da Danimarkada Peyğəmbərimizin (s.a.s) karikaturası dərc olunan qəzetə öz qəzəblərini bildiriblər. Cümə namazında xütbə deyən imamlar, Peyğəmbərimizə (s.a.s) və eləcə də müqəddəs dinimizə qarşı təhqirlər yürüdən dövlətlərlə əlaqələrin kəsilməsini vurğulayıblar.


Səudiyyə Ərəbistanı paytaxtı Riyad şəhərindəki “Əmir Xalid bin Səud”-un adına olan məscidin imamı Şeyx Sə’d bin Abdullah dünən cümə xütbəsində belə deyib; “İlk və son olaraq bu məsələ əsasən müsəlmanlara toxunur. Çünki, Peyğəmbərimiz (s.a.s) söyülən və təhqir olunan zaman kimsə qəzəblənmirsə və ya bundan dolayı heç təsirlənmirsə həmin insanın nə islamı var nə də imanı. Peyğəmbərimizə (s.a.s) hər cür dəstək olmaq imana dəlalətdir və Allahu Təalaya yaxın olmaq üçün ən gözəl vasitədir. Peyğəmbərimizin (s.a.s) karikaturasını dərc edən qəzet haqqında hamıya bildirmək və həmin ölkənin mallarından imtina etmək özü də Peyğəmbərimizə (s.a.s) bir dəstəkdir.


Mədinə Əl-Munəvvəradakı Peyğəmbərimizin (s.a.s) məscidində imam Şeyx Abdurrəhman Əl-Huzeyfi isə cümə xütbəsində dedi ki; “Həmin ölkədə dərc olunan qəzetlərin Peyğəmbərimizlə (s.a.s) istehza etməsi böyük cinayətdir ki, bu, dağları belə titrədir və həmçinin bütün Peyğəmbərlərlə (a.s) istehza etmək deməkdir.”


Müqəddəs Məkkə şəhərindəki Məscidül-Həramdan Şeyx Usama Abdullah Əl-Xayyat ərəb ölkələrinin və eləcə də Səudiyyə Ərəbistanın bu məsələyə ciddi yanaşdıqlarını bildirib. Beləki Səudiyyə Ərəbistanı Krallığı öz səfirini Danimarkadan geri qaytarıb və həmçinin bütün ərəb və müsəlman ölkələrinin də eynilə belə etməsinə çağırıb.


Qətər dövlətinin paytaxtı Doha şəhərindəki “Ömər bin Əl-Xəttab” adına məscidin imamı bütün ərəb və islam ölkələrini bacardıqları qədər Peyğəmbərimizi (s.a.s) müdafiə etməyə dəvət edib..


Bəzi ölkələrin mediası və hökümətləri, Peyğəmbərimizi (s.a.s) təhqir edən ölkə ilə əlaqələri kəsməyi üstün tutublar və bunu başqa hökümətlərə də çatdırıblar.


Bəhreyn dövlətinin paytaxtı Manama şəhərində “Əhməd Əl-Fateh” məscidindən imam Şeyx Adnan Abdullah Əl-Qattan bildirib ki, Peyğəmbərimizi (s.a.s) sevmək Allahı da sevmək deməkdir və Peyğəmbərimizə (s.a.s) qarşı pislik edənə qarşı ciddi yanaşmalıyıq.


Danimarkada dərc olunan qəzetdə Peyğəmbərimizi (s.a.s) təhqir edən 12 karikatura ilə əlaqədar Danimarka hökümətinin heç bir ciddi tədbirlər görmədiyindən, bunu müzakirə etmək üçün Yanvarın 26-sı Səudiyyə Ərəbistanı Danimarkada olan səfirini geri çağırmışdır. Beləki bundan bir gün əvvəl Səudiyyə Ərəbistanı Krallığının müftisi Şeyx Abdul-Əziz bin Abdulla Əl-Şeyx, Danimarka hökümətindən həmin karikaturaları dərc edən “Gilandez Boston” qəzetinə cəza verilməsini tələb edib.


Son həftələrdə Səudiyyə sakinlərini bir-birlərinə göndərdikləri qısa mesajlarda Danimarka məhsullarından imtina edək demişlər. Çünki Danimarka höküməti həmin qəzeti cəzalandırmayıb ki, ölkədə fikir və söz azadlığı var.


Danimarkada dərc olunan bu karikatura şəkilləri həmçinin Norveçdə də çap olunub. “Əl-Cəzairli islam alimləri” cəmiyyəti Danimarka və Norveç hökümətlərinin bu haqsızlığa susmalarına etirazlarını bildirmişlər və aksiyalar keçirmişlər. Muritaniyanın paytaxtı Nuvakşot şəhərində də tələbələr küçələrə çıxmış, etiraz aksiyaları keçirmiş və Danimarka ilə Norveçin heç üzr də istəməməklərinə öz qəzəblərini bildirmişlər.

Çap versiyası   Dosta yolla


SON YENİLƏMƏ

CARİ VAXT

NAMAZ TƏQVİMİ

 FƏCR [ 2 rükət ]04:42
 GÜNƏŞ06:30
 ZÖHR [ 4 rükət ]13:37
 ƏSR [ 4 rükət ]17:31
 MAĞRİB [ 3 rükət ]20:44
 İŞA [ 4 rükət ]22:26
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]

NAİLİYYƏTLƏRİMİZ

STATİSTİKA

 
© Azerislam.com - Müstəqil İslam saytı. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.
Materiallardan istifadə etdikdə istinad vacibdir.
Bu bir "Gənc Reportyorlar Birliyi" layihəsidir.
Dizayn və host: NUR D şirkəti tərəfindən dəstəklənir.
Reklam materiallarına görə Azerislam məsuliyyət daşımır.