Mərhəmətli, Rəhimli, Allahın adı ilə
əlavə axtarış
Saytımızın "SƏSLİ DƏRSLƏR" bölmasində "ÖMƏR ibn XATTAB (r.a)" adlı dərs əlavə olundu

XƏBƏRLƏRƏ YAZIL
 

DOST SAYTLAR

 

  11.01.2006

QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ QAZAXSTANDA İLK DƏFƏ İSTİRAHƏT GÜNÜ İDİ

Çap versiyası  Dosta yolla

Bismilləhir-Rəhmanir-Rəhim


 


Sovet İttifaqından qalmış qanunların bir çoxu hələ də Qazaxstan respublikasında qüvvədədir. Beləki, Qazaxstan respublikasında Sovet dövründə olduğu kimi müstəqilliyini əldə etdikdən sonra da müsəlmanlara xas olan bayram və münasibətlərdə istirahət günü elan olunmurdu. Müsəlmanlar Ramazan və Qurban bayramlarını xüsusi olaraq başqa bayramlar kimi keçirə bilmirdilər.


Qısa bir müddət əvvəl Qazaxstan respublikası parlamentdə bu məsələni müzakirə etdilər və Yanvar ayının 10-u Zilhiccə ayının 10-na müvafiq olaraq Qazaxstanda rəsmi olaraq Qurban Bayramı elan olundu. Bununla da Qazaxstanda ilk dəfə dini bir münasibətə görə istirahət günü olması qərarı verilirdi.


Qazaxstan respublikasının prezidenti Nursultan Nazarbayev keçən il öz xalqını Qurban Bayramı münasibətilə təbrik edərkən, gələn il bu bayram münasibətilə istirahət günü elan olunacağına vəd etmişdi.


Qazaxstan xalqının yarıdan çoxu müsəlman və hətta Asiyada ərazisinə görə ən böyük müsəlman ölkəsi olsa da öz dini bayramlarını keçirə bilmirdilər. Bu yeni qərarla isə onların sevincinin həddi-hüdudu yox idi və onlar “Gec də olsa, vaxtında oldu” deyə sevinirdilər. Qazaxstan xalqı həmçinin ümid edir ki, bütün dini bayramlarda ölkədə rəsmi olaraq istirahət günü elan olunacaq.


 


Qazaxstan xalqı bu bayramı xüsusi sevinc və fərəhlə qarşılayır. Onlar bayram gününün səhəri bayram namazına gedir, namazdan sonra qurban kəsməyə tələsirlər. Bayram günləri uzunu təkbirlər və zikirlər edir, hamı bir-birini ziyarətdə olur.

Çap versiyası   Dosta yolla


SON YENİLƏMƏ

CARİ VAXT

NAMAZ TƏQVİMİ

 FƏCR [ 2 rükət ]04:42
 GÜNƏŞ06:30
 ZÖHR [ 4 rükət ]13:37
 ƏSR [ 4 rükət ]17:31
 MAĞRİB [ 3 rükət ]20:44
 İŞA [ 4 rükət ]22:26
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]

NAİLİYYƏTLƏRİMİZ

STATİSTİKA

 
© Azerislam.com - Müstəqil İslam saytı. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.
Materiallardan istifadə etdikdə istinad vacibdir.
Bu bir "Gənc Reportyorlar Birliyi" layihəsidir.
Dizayn və host: NUR D şirkəti tərəfindən dəstəklənir.
Reklam materiallarına görə Azerislam məsuliyyət daşımır.