Bismilləhir-Rəhmanir-Rəhim
Peyğəmbərimizin (s.a.s) adətinə uyğun olaraq, bu gün Zilhiccə ayının 8-i bütün zəvvarlar Mina məntəqəsinə gedirlər. Bu gün gecə zəvvarlar orada qalacaqlar. Sabah, ayın 9-u zəvvarlar Ərəfət məntəqəsinə, Ərəfət dağı olan yerə yola düşəcəklər. Həmin günün axşamı, gün batandan sonra Məğrib çağı zəvvarlar Ərəfədən tərpnib Müzdəlifəyə gedəcəklər.
Sarağagün Zilhiccə və Yanvar ayının 6-sı Məscidül-Həramda Cümə namazı qılınıb. Camaatın çoxluğuna və sıxlığına baxmayaraq sakitlik olub, küçələrdə heç bir problem yaranmayıb.