Bismilləhir-Rəhmanir-Rəhim
“İslam-online”-dan aldığımız məlumata görə, dünən, cümə axşamı Yanvarın 5-də, Müqəddəs Məkkə şəhərindəki çox mərtəbəli mehmanxana uçulub. Qeyd edək ki, Həcc mərasimi olduğundan mehmanxanada qalan zəvvarların sayı çox idi, buna görə də onlarla zərərçəkənlər var.
Fransa mətbuatından yayımlanan xəbərə görə, Həcc ibadətini yerinə yetirən fransalı Abdurrahman Ğol hadisə yerində olmuş və gördüyü meyitləri saymışdır. Onun dediyinə görə, Məscidül-Həramın (Kəbənin) “Salam” qapısı ilə üzbəüz yerləşən “Lulula” mehmanxanasının dağılması nəticəsində 23 nəfər dünyalarını dəyişmış, 80 nəfərdən çox yaralanmışdır. Ğol bir də əlavə edir ki; “Hadisə zamanı mən yaxınlıqda idim. İlk öncə yanğın başladı, sonra bir vertolyot gələrək yanğını söndürmək üçün yuxarıdan su səpməyə başladı. Buna baxmayaraq bina yavaş-yavaş çökürdü.”
Zərərçəkənlərin çoxu yuxarı mərtəbələrdə yerləşənlər olmuşlar. Binada qəza baş verən zaman, mehmanxananın sakinləri yaxınlıqdakı “Məscidül-Hərama” günorta namazını qılmağa gedirdilər. Qeyd edək ki, bu mehmanxana “Məscidul-Həram”-ın 50 metr yaxınlığındadır.
Səudiyyə Ərəbistanı dövlət televiziyasının xəbər verdiyinə görə isə, hadisədə vəfat edənlərin sayı ən az 15 nəfər, başqa zərərçəkənlər isə 39 nəfər idilər. Hadisə yerində xidmət göstərən heyət hələki axtarışdadır.
Məkkə şəhərinin sakinlər isə, bu binada 30 nəfərin yaşadığını bildirirlər.
Səudiyyə Ərəbistanı Daxili İşlər nazirliyindən olan Mənsur Əl-Turki deyir ki; “Hadisənin səbəbləri haqqında ətraflı məlumat yoxdur. Ölənlərin sayı və bu ölənlərin arasında neçəsi zəvvar olduğu da hələki məlum deyil.”
“Aljazeera”-nın verdiyi məlumata görə vəfat edənlər Misir, Tunis, BƏƏ və İndonesiya vətəndaşlarıdırlar.