Mərhəmətli, Rəhimli, Allahın adı ilə
əlavə axtarış
Saytımızın "SƏSLİ DƏRSLƏR" bölmasində "ÖMƏR ibn XATTAB (r.a)" adlı dərs əlavə olundu

XƏBƏRLƏRƏ YAZIL
 

DOST SAYTLAR

 

  03.01.2006

ZƏVVARLARIN SAYI 2.5 MİLYON OLACAQ

Çap versiyası  Dosta yolla

Bismilləhir-Rəhmanir-Rəhim


“Aljazeera”-dan aldığımız xəbərə görə, Səudiyyə Ərəbistanı xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanı ərazisində 1.3 milyondan çox zəvvar var. Həcc mərasimi Hicri tarixi ilə Zilhiccə ayının 8-də, Miladi tarixi ilə Yanvarın 8-də başlayacaq.
Həcc araşdırmaları mərkəzinin sədri Usama Əl-Barın dediyinə görə, Səudiyyə sakinlərindən bir milyon nəfərə artıq Həcc ibadətinin ədası üçün izn verilmişdir. Ehtimal edilir ki, təxminən 300 nəfər də Həcc başlanana kimi Məkkəyə daxil olacaqlar. Bununla cəmi zəvvarların sayı bu il 2.5 milyondan artıq olacaq.
Saudiyyə Ərəbistanı Krallığı, quş qripinin qarşısını almaq üçün bu il zəvvarları dəqiq müayinədən keçirdikdən sonra qəbul edib və buna görə də bu ilki zəvvarların sayı keçən ilkinə nisbətən az olacaq.
Zilhiccə ayının 8-i, Yanvar ayının 8-nə müvafiq bütün zəvvarlar Mina məntəqəsində olacaqlar, ondan sonrakı günü Ərəfətə gedəcəklər, həmin günün axşamı Muzdəlifə adlanan məntəqəyə dönəcək və orada gecələyəcəklər. Zilhiccə ayının 10-nu səhər şeytana daş atmağa (Camarat) gedəcəklər, hansı ki, Qurban bayramının ilk günü sayılacaq.
Səudiyyə Ərəbistanı Krallığı zəvvarların əmin-amanlığı üçün bütün hazırlıqları görüb. Təcili yardım, yanğından qorunma, yanğın söndürmə, polislər və planlaşdırılmış bütün heyət üzvləri hazırdırlar. Ümumi vəziyyəti idarə edən 12 zabit vardır. Bütün zəvvarlara təmizlik, təlim, yol göstərmə, nəzarət və sair kimi xidmətləri göstərmək üçün 400 inzibatçı təyin olunub.
Qida məhsullarının yoxlanılması və zəvvarlara qidaların hazırlanması üçün təyin olunmuş xüsusi qruppalar vardır. Onlar həm də Həcc mərasimi günlərində zəvvarların olacaqları yerdə qidaların paylanmasına nəzarət edəcəklər.
Cənubi Asiyadan gələn zəvvarlara xüsusi tibbi xidmət göstərmək üçün Ərəfat meydanında tibbi mərkəz yaradılmışdır, hansı ki, cənubi Asiya zəvvarlarının sayı 400000 nəfərdən çoxdur.
Ümumən isə bütün zəvvarlara tibbi yardım və lazımi xidmət üçün 8700 nəfər təyin olunub.
Proqnozların xəbər verdiyinə görə, Həcc mövsümü günlərində gündüz və gecə normal hava şəraiti gözlənilir.

Çap versiyası   Dosta yolla


SON YENİLƏMƏ

CARİ VAXT

NAMAZ TƏQVİMİ

 FƏCR [ 2 rükət ]04:42
 GÜNƏŞ06:30
 ZÖHR [ 4 rükət ]13:37
 ƏSR [ 4 rükət ]17:31
 MAĞRİB [ 3 rükət ]20:44
 İŞA [ 4 rükət ]22:26
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]

NAİLİYYƏTLƏRİMİZ

STATİSTİKA

 
© Azerislam.com - Müstəqil İslam saytı. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.
Materiallardan istifadə etdikdə istinad vacibdir.
Bu bir "Gənc Reportyorlar Birliyi" layihəsidir.
Dizayn və host: NUR D şirkəti tərəfindən dəstəklənir.
Reklam materiallarına görə Azerislam məsuliyyət daşımır.