Mərhəmətli, Rəhimli, Allahın adı ilə
əlavə axtarış
Saytımızın "SƏSLİ DƏRSLƏR" bölmasində "ÖMƏR ibn XATTAB (r.a)" adlı dərs əlavə olundu

XƏBƏRLƏRƏ YAZIL
 

DOST SAYTLAR

 

  25.12.2005

HEÇ BİR İNSANIN ƏCƏLİ YUBANMAYACAQDIR

Çap versiyası  Dosta yolla















































































 


Bismilləhir-Rəhmanir-Rəhim

Müsəlmanın başına nə gələrsə şükr etməlidir. Müsəlman başına gələn və ətrafında baş verən bütün hadisələrdən ibrət dərsi götürməlidir.
Dekabrın 23-də Bakıdan Oktauya uçan bu təyyarənin taleyi belə yazılıbmış Allah qatında. Bəlkə də kimisi qurduğu və hazırladığı böyük biznesin gəlirləri üçün gedirmiş, yaxud kimisi ailəsinin yanına dönürmüş və nahar yeməyini bir yerdə yeyəcəklərini planlaşdırırmış və yaxud kimisi də mal aparırmış. Hamısı müxtəlif məqsədə görə gedirmiş. Oktau hava limanında gözləyənlərin gözləri isə yolda qaldı. Kim bilirdi belə olacaq?! Bəs kim buna hazırlaşmışdı?!
İnsanın əcəli gələrkən harda olsa öləcəkdir. Müsəlman şəxs daima ömrünün son anlarını gözəl və xeyirli bitirməyə çalışmalıdır. Lakin buna nail olmaq üçün qabaqcadan hazırlaşmaq lazımdır. İnsan daim axirət həyatına hazırlıq görməlidir. Təyyarədəkilər lazım olan ləvazimatları özləri ilə götürmüşdülər, bəs görəsən onlardan hansı, axirət azuqəsini götürmüşdü?


Allahu Təala Qur’ani Kərimdə buyururki:
((Ya Rəsulum!) De: "Allahın istədiyindən başqa, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Hər ümmətin (əzəldən müəyyən olunmuş) bir əcəl vaxtı (ömrünün sona çatma, məhv olma, tənəzzülə uğrama, əzaba, müsibətə düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçərlər".)) (Yunus surəsi, ayə 49)
((Heç bir ümmət əcəlini nə qabağa çəkə bilər, nə də yubandıra bilər.)) (Əl-Hicr surəsi, ayə 5)
((Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!)) (Əl-Ənbiya surəsi, ayə 35)
((Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız!)) (Əl-Ənkəbut surəsi, ayə 57)



Müsəlman qardaşım, müsəlman bacım! Bu təyyarədə sən də ola bilərdin! Hər zaman axirətin üçün hazır ol! Əcəlin hər an gələ bilər və bil ki, öldüyün hal və vəziyyət üzərə Allahu Təalanın qarşısına çıxacaqsan. Çalış daim yaxşı əməllər görəsən ki, yaxşı əməllər üzərində əcəlin gəlsin və Allahu Təalanın qarşısına çıxmağa utanmayasan.

Çap versiyası   Dosta yolla


SON YENİLƏMƏ

CARİ VAXT

NAMAZ TƏQVİMİ

 FƏCR [ 2 rükət ]04:42
 GÜNƏŞ06:30
 ZÖHR [ 4 rükət ]13:37
 ƏSR [ 4 rükət ]17:31
 MAĞRİB [ 3 rükət ]20:44
 İŞA [ 4 rükət ]22:26
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]

NAİLİYYƏTLƏRİMİZ

STATİSTİKA

 
© Azerislam.com - Müstəqil İslam saytı. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.
Materiallardan istifadə etdikdə istinad vacibdir.
Bu bir "Gənc Reportyorlar Birliyi" layihəsidir.
Dizayn və host: NUR D şirkəti tərəfindən dəstəklənir.
Reklam materiallarına görə Azerislam məsuliyyət daşımır.