Mərhəmətli, Rəhimli, Allahın adı ilə
əlavə axtarış
Saytımızın "SƏSLİ DƏRSLƏR" bölmasində "ÖMƏR ibn XATTAB (r.a)" adlı dərs əlavə olundu

XƏBƏRLƏRƏ YAZIL
 

DOST SAYTLAR

 

  09.12.2005

BEYNƏLXALQ İSLAM KONFRANSI PEYĞƏMBƏRİMİZİ (S.A.S) TƏHQİR EDƏN MEDİALARI MÜZAKİRƏ ETDİ

Çap versiyası  Dosta yolla

BEYNƏLXALQ İSLAM KONFRANSI PEYĞƏMBƏRİMİZİ (S.A.S) TƏHQİR EDƏN MEDİALARI MÜZAKİRƏ ETDİ


Hər il Qətər dövlətində keçirilən Beynəlxalq İslam konfransının növbədən kənar yığıncağı bu dəfə müqəddəs Məkkə Əl-Mukərrəmə şəhərində keçirildi. Dekabr ayının 7-də başlayan konfransda dünyanın 57 ölkəsindən nümayəndələr iştirak edirdilər. Dekabr ayının 8-də keçirilərn Beynəlxalq İslam konfransında, bə’zi Qərb ölkələrində İslama və Peyğəmbərə (s.a.s) qarşı təhqirlər yönəldən medialar haqqında söhbət açıldı. Konfransda iştirak edən müxtəlif ölkələrdən olan nümayəndələrə bəyan edildi ki, ölkələrində bunun kimi qanun pozuntularına yol verilməsin. Azadlıq, demokratiya və azad rə’y deyərək istifadə edən media, İslama qarşı və hətta başqa dinlərə qarşı təhqirlər yönəltməsinlər.
Bundan başqa konfransda bir sıra başqa məsələlər də müzakirə olundu. İslamın terrora qarşı olması, insanlarla gözəl və ədalətlə davranmağın vacibliyi, müsəlman ölkələrində inkişafın yolları və İslam dininin bütün dünyada düzgün təbliğ edilməsi gündəmdə olan əsas məsələlərdən idi.
Müsəlmanlara qarşı törədilən zorakılıqlar, Fələstində və İraqda baş verən vəhşiliklər və bir çox Qərb ölkələrində müsəlmanlara qarşı olan təzyiqlər pisləndi.
Bəyənatda deyildi ki; “İslam ölkələri birliyi, dünyanın bir çox olkələrində İslama və müsəlmanlara olan nifrətdən dolayı narahatdır. Bə’zi ölkələrin mediyalarında Peyğəmbərimiz (s.a.s.) şəxsiyyətinə nəlayiq şəkildə toxunmuşlar.” Beləki, Danimarkada nəşr olunan qəzetlərin birində Peyğəmbərimiz (s.a.s)-i nəlayiq formada karikatura janrında pisləmişlər.
Bəyənatda həmçinin bildirildi ki; “Bütün hökümətlər İslam dininə və başqa dinlərə hörmət etməlidirlər. Ölkədə baş verən özbaşınalıq, demokratiya adından istifadə edib qanun pozuntularının qarşısını almalıdırlar.

Konfransın sonunda bir sıra məsələlər ciddi olaraq vurğulandı. Bu məsələlərdən; İslam ölkələrinin birliyə gəlməsi və İslamı olduğu kimi göstərməsi, İslama qarşı olan təhqirlərin qarşısının alınması və müqəddəs yerlərin mühafizəsi, insan hüquqlarının və xüsusilə də qadın hüquqlarının şəriətə uyğun formada qorunması idi.



Xəbərin mənbəyi: Islam-Online

Çap versiyası   Dosta yolla


SON YENİLƏMƏ

CARİ VAXT

NAMAZ TƏQVİMİ

 FƏCR [ 2 rükət ]04:42
 GÜNƏŞ06:30
 ZÖHR [ 4 rükət ]13:37
 ƏSR [ 4 rükət ]17:31
 MAĞRİB [ 3 rükət ]20:44
 İŞA [ 4 rükət ]22:26
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]

NAİLİYYƏTLƏRİMİZ

STATİSTİKA

 
© Azerislam.com - Müstəqil İslam saytı. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.
Materiallardan istifadə etdikdə istinad vacibdir.
Bu bir "Gənc Reportyorlar Birliyi" layihəsidir.
Dizayn və host: NUR D şirkəti tərəfindən dəstəklənir.
Reklam materiallarına görə Azerislam məsuliyyət daşımır.