|
"Khaleej-Times" qəzetinin Ciddə şəhərindən verdiyi məlumata görə, Muhəmməd Peyğəmbər (S.A.S)-in Müqəddəs Mədinə şəhərində yerləşən məscidinin sahəsini genişləndirmə və abadlarşdırma işlərinin xərci 4.7 milyard Səudiyyə Riyalına (təxminən 1.28 milyard dollar) başa gələcək.
Tikinti işlərində, 182 yeni çətir qurmaq nəzərdə tutulub. Bu çətirlər məscidin şərq hissəsində olan sahəni örtəcək və bu sahədə 70000 ziyarətçi yer tapa biləcək. Tikinti işlərinə, Kral Feysal şosse yolunun tamamlanması, avtomobil dayanacaqlarının salınması, küçələrin təmiri, səkilərin və məscid mərkəzinin işıqlandırılması işləri də daxildir.
Yeni örtülən çətirlər, avtomatik olaraq istənilən zaman açıla biləcək və 200000 ziyarətçini örtəcəkdir. Hər çətir, 576 kvadrat metr sahəyə kölgə salacaq.
37000 kvadrat metr ərazisi olan, məscidin şərq hissəsində, 420 avtomobil və 70 böyük avtobus üçün dayanacaqlar olacaq.
Tikinti işlərinə həmçinin tualetlərin hazırlanması, xüsusilə də qadın tualetlərinin, ziyarətçilərin gəliş və gediş dayanacaqları da daxildir. Avtomobil dayanacaqlarını, Kral Feysal yolu ilə birləşdirən 3 tunel tikiləcək.
Məscidül Həram və Məscidün Nəbəvinin xadimi, Səudiyyə Kralı Abdullah bin Əbdül Əziz, Mədinə əmiri şəhzadə Muqrinə, genişləndirmə və abadlaşdırma işlərinin yerinə yetirilməsinə fərman verib.
|