Mərhəmətli, Rəhimli, Allahın adı ilə
əlavə axtarış
Saytımızın "SƏSLİ DƏRSLƏR" bölmasində "ÖMƏR ibn XATTAB (r.a)" adlı dərs əlavə olundu

XƏBƏRLƏRƏ YAZIL
 

DOST SAYTLAR

 

  21.05.2005

BAKIDA AĞIR YOL-QƏZA HADİSƏSİ - ÖLÜM HƏR AN BİZİ İZLƏYİR

Çap versiyası  Dosta yolla

Bu gün saat 12:16 radələrində Bakıda, İstiqlaliyyət küçəsində, Bakı Soveti metrostansiyasının qarşısında ağır yol qəza hadisəsi baş verdi.
Hadisədə 3 avtomobil zərər çəkdi, 2 nəfər isə ağır xəsarət alaraq xəstəxanaya aparıldı. Bütün bu hadisələri Gənc Reportyorlar Birliyinin reportyoru operativ olaraq fotolente aldı. Bizi maraqlandıran və heyrətləndirən isə bir neçə məsələ oldu ki, indi sizlərə bu barədə danışmaq istəyirik.
Haqlı olaraq qeyd edirlər ki, ölüm qaşla göz arasındadır.
Yəni 1 saniyə sonra nə olacağını və necə olacağını Uca Allahdan başqa heç kim bilmir və bilə də bilməz. İndi oxuduğunuz hadisədə də başqa ibratamiz hadisələrdə olduğu kimi ibrətlər var. Təbii ki, bunu dərk edib anlayanlar üçün.
Hadisə vaxtı avtomobillərin birində rast gəldiyimiz bir kadr bizi düşünməyə vadar etdi. Bəlkə də adi vaxt Allahın qarşısında səcdə etməmək üçün yüz cür bəhanələr gətirənlər və Allahın kitabından bir hərf belə oxumayanlar avtomobil alan saat maşınlarının güzgülərindən nə isə bir şey asırlar ki, onların təbirincə desək xətadan-bəladan uzaq olsunlar. Sürücünün sükanının qəza nəticəsində avtomobilin damına qədər qalxdığı maşında güzgüdən asılmış kiçicik Quran nəzərimizi çəkdi. Bir o kitaba baxdıq bir də salamat hissəsi olmayan qəzadan çıxmış maşına və düşündük ki, görəsən insanlar nə vaxt dərk edəcəklər ki, Quran haradan isə asılmaq, sandıqlarda yaşıl parçalara pükülərək saxlanmaq və hərdən də çıxarıb öpüb göz üstünə qoymaq üçün deyil.
Müqəddəs kitabımızı stolüstü, hər gün oxunan və hər zaman oxuduğumuz kitaba çevirməliyik. Bax onda doğru yolun nə olduğunu analacağıq.

Gördüyünüz kimi bu maşında asılmış Quran bu hadisə vaxtı heç kimə kömək ola bilmədi. Çünki insanları xətalardan qoruyan, onları öldürən və Qiyamət günü yenidən dirildəcək yalnız aləmlərin rəbbi Allahdır.
Odur ki, gecikmədən Allahın yoluna dönmək lazımdır.
Allah millətimizə hidayət və elm versin. Amin! 

P.S. Hadisə baş verdikdən sonra xəsarət alanları xəstəxanaya çatdırmaq üçün saxlanılan bir taksi sürücüsü bundan imtina etdi. Bu cür dırnaqarası müsəlmanları isə heç başa düşə bilmirik...

Hadisə yerindən: Azerislam.com  





 

 


 



 


 


 


 


 

Çap versiyası   Dosta yolla


SON YENİLƏMƏ

CARİ VAXT

NAMAZ TƏQVİMİ

 FƏCR [ 2 rükət ]04:42
 GÜNƏŞ06:30
 ZÖHR [ 4 rükət ]13:37
 ƏSR [ 4 rükət ]17:31
 MAĞRİB [ 3 rükət ]20:44
 İŞA [ 4 rükət ]22:26
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]

NAİLİYYƏTLƏRİMİZ

STATİSTİKA

 
© Azerislam.com - Müstəqil İslam saytı. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.
Materiallardan istifadə etdikdə istinad vacibdir.
Bu bir "Gənc Reportyorlar Birliyi" layihəsidir.
Dizayn və host: NUR D şirkəti tərəfindən dəstəklənir.
Reklam materiallarına görə Azerislam məsuliyyət daşımır.