Şirk qoşulan din Allahın dini deyildir. Birini Allahdan çox istəmək, birinə Allahdan çox inanmaq, birinin sözünü Allahın sözündən üstün tutmaq Allaha şirk qoşmaqdır və Allah onu müşrik adlandırır. O adam özünü müsəlman saysa da, müşrikdir.
Əlbəttə onu qədir-qiymət gecəsində Biz endirməyə [başlamışıq]. O qədir-qiymət gecəsinin nə olduğunu bilirsənmi? O qədir-qiymət gecəsi, min aydan daha xeyirlidir. Mələklər, vəhiylə bərabər o gecə enməyə davam edərlər, Rəblərinin izni ilə, həyatın hər sahəsinə aid tərifsiz bir səadətin [formullarını gətirərlər], bu hal, şəfəq doğana qədər davam edər.

Ramazanın son on günündə gecə və gündüz bir məsciddə qalaraq ibadət etməyə itiqaf deyilir. Bu kəlməyə lüğətlərdə həbs etmək, bir yerə yerləşmək, oraya bağlanıb qalmaq mənaları verilir. Bir fiqh termini kimi isə ibadət məqsədi ilə bir məsciddə müəyyən qaydalara riayət edib qalmağı ifadə edir. Yəni Ramazan ayında itiqafa çəkilmək sünnətdir.
Namazı biz qıldıq, amma o bizi müsəlman qılmadı. Niyə? Çünki bizi dəyişmədi, təmizləmədi. Namazımız ritualdan irəli getmədi ki, bizi meraca yüksəltsin. Biz onu yüksəldə bilmədik ki, o da bizi qanadlarına alıb Allaha aparsın. Göyün yeddi qatına qaldırıb, yerin dərdini unutdursun.
Mənəvi və əxlaqi olaraq hər cür şəhvətin, acgözlüyün, ehtirasın, əsəbin, öfkənin, qızğınlığnının sakitləşib yerini sərinlədən yağışa buraxmasını təmsil edir. Əgər bunlara qarşı özümüzü tuta bilsək arxasından vicdanımızı rahatladan, ruhumuzu sakitləşdirən yağış gələcək. Günaha qarşı özünü tutan insanın mükafatı yağışın sərinliyidir. Çünki günah mömin qəlbə sıxıntı verir. Səbr çətindir. lakin meyvəsi dadlıdır.
“Təqva”-lı olmaq, mübah və halal olanları tərk etmək deyil, sadəcə çox diqqətli və ehtiyatlı davranmaqdır. İndi təsəvvür edək ki, Rəbbimiz bizə Ramazan ayı günlərində halal olan şeylərdən də imtina etməyi buyurub. Hansı ki, ən adi yemək-içmək, şəhvət və qeyri ehtiyaclarımızı normal olaraq edə bilirdiksə, məhz bu ayda “Təqva” xüsusiyyətinə doğru-dürüst yiyələnmək üçün, Rəbbimiz bizə bu cür tərbiyə metodunu seçmişdir. Bu ayı müqəddəs edərək, Uca Tanrımız bizi “təqva” üçün məşq etdirir.
İnsanlığın taleyini dəyişən, ona oxumağı, dinləməyi, təslim olmağı öyrədən zaman kəsiyinə, ayların sultanı Ramazan ayına, min aya dəyər olan bir gecə olan Qədr gecəsinə dəyər vermək üçün oruc tutmaq, bu ibadət sayəsində əsl dəyərin nə olduğunu, əsl nemətin mənəviyyat olduğunu anlamaq üçün o gecəni yaşamaq - sözün həqiqi mənasında - YAŞAMAQ lazımdır...
“Ramazanınız mübarək olsun” deyəcəyəm amma Ramazan zatən mübarəkdir. “Xoş gəldin ey Ramazan ayı” deyəcəyəm amma Ramazan həmişə xoş gəlir. İnsanın borcu da Ramazanın bərəkətindən maksimum istifadə etməkdir. Onu xoş qarşılamaq, onu xoş etmək və xoş yola salmaqdır.
"Son Saatın vaxtını gizli tutsam da, hər kəsə etdiyinin qarşılığı verilsin deyə Son Saat mütləq gələcək"
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.