Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar; öz-özlüyündə görünən istisna olmaqla, zinətlərini göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər... Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!
[Ən-Nur; 31]
Həqiqi səadət və həqiqi bəxtiyarlıq Rəbbinə qarşı xalis qulluğunda hər an bir az da dərinləşərək addım-addım Allah rizasına gedən bir insanın bu hal üzrə çox uzun bir ömür sürməsidir.
[Feyzu’l-Qadir, 4, 144; Müsnəd-i Şihab, 1, 206]
Təqva libası hicabın ruhu, "örtünmək" əmri isə təqva libasının bədənidir