"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
ÖLƏNLƏRƏ SƏSLƏNİŞ
[ Düşüncə gündəmi / 2573 dəfə baxılıb ]
|
"Ey kimsəsizlər yurdunun sakinləri, qaranlıq qəbirlər! Ey torpaq əhli, ey qürbət əhli, ey tənhalar və qəriblər! Evlərinizdə oturuldu, həyat yoldaşlarınız başqalarına nigahlandı, mallarınız bölüşdürüldü... Bu, bizim sizə verəcəyimiz xəbərlərdir. Bəs sizdən bizə nə xəbər? "
Hz. Əlinin Siffindən dönərkən, qəbir ziyarəti əsnasında söylədiklərindən. Mənbə: Nəhcul Bəlağə