"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
KİŞİNİN ÖZ EVİNDƏ GÖRDÜYÜ İŞLƏR
عن الأسود قال سألت عائشة رضي الله عنها ما كان يصنع النبي صلى الله عليه وسلم في أهله فقالت كان يكون في مهنة أهله فإذا حضرة الصلاة خرج
538.Əsvəd deyir ki, mən Aişədən (r.a) soruşdum: “Peyğəmbər (s.a.s) evində nə iş görərdi?” (Aişə r.a) dedi: “O, ailəsinin işlərini görər, namazın vaxtı gəldikdə isə (namaz qılmaq üçün) evdən çıxardı”. [ Səhihdir ]
عن عروة قال سألت عائشة رضي الله عنها ما كان النبي صلى الله عليه وسلم يعمل في بيته قالت يخصف نعله ويعمل ما يعمل الرجل في بيته
539.Urva rəvayət edir ki, mən Aişədən (r.a) soruşdum: “Peyğəmbər (s.a.s) evində nə iş görərdi?” (Aişə r.a) dedi: “O, çəkməsini tikər və kişinin öz evində gördüyü işləri görərdi”. [ Səhihdir ]
عن هشام عن أبيه قال سألت عائشة ما كان النبي صلى الله عليه وسلم يصنع في بيته قالت ما يصنع أحدكم في بيته يخصف النعل ويرقع الثوب ويخيط
540.Urva rəvayət edir ki, mən Aişədən (r.a) soruşdum: “Peyğəmbər (s.a.s) evində nə iş görərdi?” (Aişə r.a) dedi: “Sizlərdən hər birinizin öz evində etdiyini (edərdi). O, çəkməsini tikər, paltarını yamayar və tikərdi”. [ Səhihdir ] عن عمرة قيل لعائشة رضي الله عنها ماذا كان رسول الله صلى الله عليه وسلم يعمل في بيته قالت كان بشرا من البشر يفلى ثوبه ويحلب شاته
541.Amra rəvayət edir ki, mən Aişədən (r.a) soruşdum: “Peyğəmbər (s.a.s) evində nə iş görərdi?” (Aişə r.a) dedi: “O, bəşər övladından olan bir insan idi. Paltarını təmizləyər və qoyununu sağardı”. [ Səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.