"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
OTAQLAR DÜZƏLTMƏK
عن ثابت أنه كان مع أنس بالزاوية فوق غرفة له فسمع الأذان فنزل ونزلت فقارب في الخطا فقال كنت مع زيد بن ثابت فمشى بي هذه المشية وقال أتدري لم فعلت بك فإن النبي صلى الله عليه وسلم مشى بي هذه المشية وقال أتدري لم مشيت بك قلت الله ورسوله أعلم قال ليكثر عدد خطانا في طلب الصلاة
458. Sabit (r.a) rəvayət edir ki, mən Ənəslə (r.a) birgə Mədinəyə yaxın bir yerdə yerləşən Ənəsin (r.a) otağının üstündə idik. Ənəs (r.a) azanı eşidib aşağı endi, mən də aşağı endim. Qısa addımlarla adımlayıb dedi: “Mən Zeyd ibn Sabitlə (r.a) bir yerdə idim. O da bu cür addımlayıb dedi: “Bilirsən mən nə üçün belə etdim? Ona görə ki, Peyğəmbər (s.a.s) mənimlə bu cür addımlayaraq getmiş və demişdi: “Bilirsən mən nə üçün belə yeridim?” Mən dedim: “Allah və Onun elçisi daha yaxşı bilir!” O dedi: “Bu cür qısa addımlarla yeridim ki, namaza qədər çox addım ataq”. [ Zəifdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.