"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
Qardaşına: “Ey kafir!” deyən adam
عن عبد الله بن عمر أن رسول الله صلى الله عليه وسلم قال أيما رجل قال لأخيه كافر فقد باء بها أحدهما
439. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Kim öz qardaşına: “Kafir!” deyərsə, ikisindən biri həmin günaha batar”. [ Səhihdir ]
عن عبد الله بن عمر أخبره أن رسول الله صلى الله عليه وسلم قال إذا قال للآخر كافر فقد كفر أحدهما إن كان الذي قال له كافرا فقد صدق وإن لم يكن كما قال له فقد باء الذي قال له بالكفر
440. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “(Bir adam) başqasına: “Kafir!” deyərsə, ikisindən biri küfr etmiş olar. Əgər dediyi adam kafirdirsə, deməli (bunu deyən) doğru söyləmişdir. Yox əgər onun dediyi kimi deyildirsə, onda ona dediyi küfr sözü özünə qayıdır”. [ Səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.