"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
ƏZİYYƏTLƏRƏ DÖZMƏK
عن أبى موسى عن النبي صلى الله عليه وسلم قال ليس أحد أو ليس شيء أصبر على أذى يسمعه من الله عز وجل و إنهم ليدعون له ولدا وانه ليعافيهم ويرزقهم
389.Əbu Musa (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Eşitdiyi əziyyətə (nalayiq sözlərə) qüdrətli və əzəmətli Allahdan daha çox səbir edən bir kimsə, yaxud bir şey yoxdur. (Qulları) Ona övlad isnad edirlər, O isə onlara can sağlığı və (çoxlu) ruzi verir”. [ Səhihdir ] قال عبد الله قسم النبي صلى الله عليه وسلم قسمة كبعض ما كان يقسم فقال رجل من الأنصار والله انها لقسمة ما أريد بها وجه الله عز وجل قلت أنا لأقولن للنبي صلى الله عليه وسلم فأتيته وهو في أصحابه فساررته فشق ذلك عليه صلى الله عليه وسلم وتغير وجهه وغضب حتى وددت أنى لم أكن أخبرته ثم قال قد أوذي موسى بأكثر من ذلك فصبر
390.Abdullah rəvayət edir ki, Peyğəmbər (s.a.s) qənimətləri əvvəl böldüyü kimi böldü. Ənsardan olan bir kişi dedi: “And olsun Allaha! Bu elə bir bölgüdür ki, onunla qüdrətli və əzəmətli Allahın Üzü qəsd edilməmişdir (Onun rizasını qazanmaq məqsədilə bölünməmişdir)”. Mən: “(Bunu) mütləq Peyğəmbərə (s.a.s) söyləyəcəyəm”- dedim, sonra da Peyğəmbərin (s.a.s) yanına gəldim. O, səhabələri ilə birgə oturmuşdu. Mən deyilənləri onun qulağına pıçıldadım. Bu (sözlər) ona çox ağır gəldi, sifəti dəyişdi və qəzəbləndi. Kaş ki, bunu ona bildirmiş olmayaydım. O dedi: “Musaya bundan da çox əziyyət verildi, amma o, səbir etdi”. [ Səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.