"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
Böyük susan yerdə kiçik danışa bilərmi?
عن نافع عن بن عمر قال قال رسول الله صلى الله عليه وسلم أخبرونى بشجرة مثلها مثل المسلم تؤتى أكلها كل حين بإذن ربها لا تحت ورقها فوقع في نفسي النخلة فكرهت أن أتكلم وثم أبو بكر وعمر رضي الله عنهما فلما لم يتكلما قال النبي صلى الله عليه وسلم هى النخلة فلما خرجت مع أبى قلت يا ابت وقع في نفسي النخلة قال ما منعك أن تقولها لو كنت قلتها كان أحب إلى من كذا وكذا قال ما منعنى إلا لم أرك ولا أبا بكر تكلمتما فكرهت
Nafi ibn Ömərdən (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Mənə elə bir ağac barədə xəbər verin ki, məsəli müsəlmanın məsəlinə bənzəsin. O (ağac ki,) Rəbbinin izni ilə daim bar verər və yarpaqlarını tökməz. Mən özlüyümdə (bunun) xurma ağacı olduğunu düşündüm. Amma (bu haqda bir) söz deməyi məsləhət bilmədim. Belə ki, Əbu Bəkr (r.a) və (atam) Ömər (r.a) orada idilər. Onlar cavab vermədikdə Peyğəmbər (s.a.s) dedi: “Bu, xurma ağcıdır!” Mən atamla birgə bayıra çıxanda dedim: “Atacan! Mən özlüyümdə (bunun) xurma ağacı olduğunu düşündüm”. O dedi: “Bəs bunu deməyə sənə mane olan nə idi? Əgər bunu demiş olsaydın, o, mənim üçün filan və filan şeydən daha əziz olardı”. İbn Ömər (r.a) dedi: “Mənə mane olan yalnız sənin və Əbu Bəkrin dinməməsini görməyim idi. Odur ki, (danışmağı) məsləhət bilmədim”. [ Səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.