"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
Bir camaatı sevən amma onların dərəcəsinə çata bilməyən adam
عن أبى ذر قلت يا رسول الله الرجل يحب القوم ولا يستطيع أن يلحق بعملهم قال أنت يا أبا ذر مع من أحببت قلت انى أحب الله ورسوله قال أنت مع من أحببت يا أبا ذر
Əbu Zərr (r.a) rəvayət edir ki, mən (Peyğəmbərə (s.a.s)) dedim: “Ey Allahın elçisi! Bir nəfər bir camaatı sevir, amma onların dərəcəsinə çata bilmir?” O dedi: “Ey Əbu Zərr! Sən sevdiyin kimsə ilə bərabərsən”. Mən dedim: “Mən həqiqətən də Allahı və Onun elçisini sevirəm!” O dedi: “Ey Əbu Zərr! Sən sevdiyin kimsə ilə bərabərsən”. [ Səhihdir ] عن أنس أن رجلا سأل النبي صلى الله عليه وسلم فقال يا نبي الله متى الساعة فقال وما أعددت لها قال ما أعددت لها من كبير إلا انى أحب الله ورسوله فقال المرء مع من أحب قال أنس فما رأيت المسلمين فرحوا بعد الإسلام أشد مما فرحوا يومئذ
Ənəs (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərdən (s.a.s) soruşdu: “Ey Allahın peyğəmbəri! Qiyamət nə zaman qopacaq?” O dedi: “Sən o gün üçün nə hazırlamısan?” (Kişi) dedi: “Elə böyük bir şey hazırlamamışam. Mən sadəcə Allahı və Onun elçisini sevirəm!” O dedi: “Kişi sevdiyi kimsə ilə bərabərdir”. Ənəs (r.a) deyir ki, mən müsəlmanların İslam dinini qəbul etdikdən sonra bu gündə sevindiklərindən daha çox sevindiklərini görmədim. [ Səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.