"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
YAXŞI MAL-DÖVLƏT ƏMƏLİSALEH ADAMA AİDDİR
عن عمرو بن العاص قال ثم بعث إلى النبي صلى الله عليه وسلم فأمرنى أن آخذ على ثيابي وسلاحى ثم آتيه ففعلت فأتيته وهو يتوضأ فصعد إلى البصر ثم طأطأ ثم قال يا عمرو إني أريد أن أبعثك على جيش فيغنمك الله وأزعب لك زعبة من المال صالحة قلت إني لم اسلم رغبة في المال إنما أسلمت رغبة في الإسلام فأكون مع رسول الله صلى الله عليه وسلم فقال يا عمرو نعم المال الصالح للمرء الصالح
Amr ibn As (r.a) deyir ki, Peyğəmbər (s.a.s) bir adamla mənə xəbər göndərdi ki, döyüş paltarımı və silahımı götürüb onun yanına gəlim. Mən döyüş paltarımı və silahımı götürüb onun yanına gələndə o, dəstəmaz alırdı. O mənə tərəf baxdı, sonra başını aşağı salıb (dəstəmazına davam edərək) buyurdu: “Ey Amr! İstəyirəm səni qoşuna başçı təyin edib (düşmənin üstünə) göndərim ki, Allah sənə qənimət nəsib etsin. Və istəyirəm ki, sənin yaxşı mal-dövlətin olsun”. Mən dedim: “Mən mal-dövlət əldə etmək üçün müsəlman olmamışam. Mən yalnız İslam dininə olan rəğbətə görə, Allahın elçisi (s.a.s) ilə birgə olmaqdan ötrü müsəlman olmuşam”. O buyurdu: “Ey Amr! Yaxşı malın əməlisaleh adama məxsus olması necə də gözəldir!” [ Səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.