"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
XƏSİSLİK
[ Hədis elmi / 7826 dəfə baxılıb ]
|
عن جابر قال قال رسول الله صلى الله عليه وسلم من سيدكم يا بنى سلمة قلنا جد بن قيس على أنا نبخله قال و أي دائ أدوى من البخل بل سيدكم عمرو بن الجموح وكان عمرو على أصنامهم في الجاهلية وكان يولم عن رسول الله صلى الله عليه وسلم إذا تزوج
Cabir (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Ey Sələmə oğulları! Ağanız kimdir?” Biz dedik: “Cudd ibn Qeysdir. Biz onu xəsis hesab edirik”. O dedi: “Xəsislikdən daha betər xəstəlik ola bilərmi? Əksinə, ağanız Amr ibnul Cəmuhdur”. Amr (r.a) cahiliyyət dövründə onların bütləri üzərində nəzarətçi olmuşdur. O, Peyğəmbər (s.a.s) evlənəndə qonaqlıq verərdi. [ Səhihdir ]
حدثنا وراد كاتب المغيرة قال كتب معاوية إلى المغيرة بن شعبة أن اكتب إلى بشيء سمعته من رسول الله صلى الله عليه وسلم فكتب إليه المغيرة إن رسول الله صلى الله عليه وسلم كان ينهى عن قيل وقال وإضاعة المال وكثرة السؤال وعن منع وهات وعقوق الأمهات وعن وأد البنات
Muğiranın (r.a) katibi Vərrad deyir ki, Muaviyə (r.a) Muğira ibn Şobəyə (r.a) belə bir məktub yazdı: “Mənə Peyğəmbərdən (s.a.s) eşitdiyin hədislərdən birini yaz”. Muğira (r.a) da ona belə yazdı: “Peyğəmbər (s.a.s) söz gəzdirməyi, var-dövləti israf etməyi, çox sual verməyi, xəsisliyi, anaların üzünə ağ olmağı və qız uşaqlarını diri-diri yerə gömməyi qadağan edərdi”. [ Səhihdir ] عن جابرا ما سئل النبي صلى الله عليه وسلم عن شيء قط فقال لا
Cabir (r.a) dedi: “Peyğəmbərdən (s.a.s) bir şey istədikdə heç vaxt ona yox deməzdi”. [ Səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.