"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
MƏSLƏHƏTÇİ ETİBAR QAZANMIŞ ADAMDIR
عن أبى هريرة قال قال النبي صلى الله عليه وسلم لأبى الهيثم هل لك خادم قال لا قال فإذا أتانا سبى فأتنا فأتى النبي صلى الله عليه وسلم قال برأسين ليس معهما ثالث فأتاه أبو الهيثم قال النبي صلى الله عليه وسلم اختر منهما قال يا رسول الله اختر لي فقال النبي صلى الله عليه وسلم إن المستشار مؤتمن خذ هذا فإني رايته يصلى واستوص به خيرا فقالت امرأته ما أنت ببالغ ما قال فيه النبي صلى الله عليه وسلم إلا أن تعتقه قال فهو عتيق فقال النبي صلى الله عليه وسلم إن الله لم يبعث نبيا ولا خليفة إلا وله بطانتان بطانه تأمره بالمعروف وتنهاه عن المنكر وبطانة لا تألوه خبالا ومن يوق بطانة السوء فقد وقى
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) Əbul-Heysəmə (r.a) dedi: “Sənin kölən varmı?” O: “Xeyr!”- deyə cavab verdi. O dedi: “Bizə əsirlər gəldiyi zaman yanıma gəlin!” Peyğəmbərin (s.a.s) yanına iki əsir gətirdilər. Onların yanında üçüncü bir adam yox idi. Əbul-Heysəm (r.a) gəldikdə Peyğəmbər (s.a.s) ona dedi: “Onlardan birini seç!” O dedi: “Ey Allahın elçisi! Özün mənim üçün (istədiyini) seç”. Peyğəmbər (s.a.s) dedi: “Həqiqətən, məsləhətçi etibar qazanmış adamdır. Götür bunu. Mən onun namaz qıldığını gördüm. Ona yaxşı bax”. Onun həyat yoldaşı dedi: “Peyğəmbərin (s.a.s) ona dair verdiyi tövsiyəsini yerinə yetirməyin üçün ancaq onu azad etməlisən”. Əbul-Heysəm (r.a): “O, azaddır!”- dedi. Peyğəmbər (s.a.s) dedi: “Həqiqətən, Allahın göndərdiyi elə bir peyğəmbər və elə bir xəlifə yoxdur ki, onun iki dostu olmasın; yaxşı işlər görməyi ona əmr edib pis işlərdən onu çəkindirən dost və fəsad törətməkdən əl çəkməyən dost. Kim pis dostdan özünü qoruyarsa, qorunmuş olar”. [ Səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.