"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
SƏXAVƏTLİ OLMAQ
عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال ليس فلهذا عن كثرة العرض ولكن الغنى غنى النفس
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Zənginlik var-dövlətin çoxluğu ilə bağlı deyil, əksinə əsl zənginlik nəfsin zəngin olmasıdır”. [ Səhihdir ]
عن أنس قال خدمت النبي صلى الله عليه وسلم عشر سنين فما قال لي اف قط وما قال لي لشيء لم افعله ألا كنت فعلته ولا لشيء فعلته لم فعلته
Ənəs (r.a) deyir ki, mən Peyğəmbərə (s.a.s) on il xidmət etdim. O mənə heç vaxt: “Uf”- demədi. Yerinə yetirmədiyim bir işə görə: “Bunu yerinə yetirməli deyildinmi?”- demədi. Elədiyim bir işə görə də: “Nə üçün belə etdin?”- demədi. [ Səhihdir ]
عن أنس بن مالك يقول كان النبي صلى الله عليه وسلم رحيما وكان لا يأتيه أحد إلا وعده وأنجز له إن كان عنده وأقيمت الصلاة وجاءه أعرابى فأخذ بثوبه فقال إنما بقى من حاجتي يسيرة وأخاف أنساها فقام معه حتى فرغ من حاجته ثم اقبل فصلى
Ənəs (r.a) deyir ki, Peyğəmbər (s.a.s) rəhmli idi. Onun yanına kim gələrdisə (s.a.s) ona söz verər, sonra da imkan daxilində ona köməklik edərdi. Namaza iqamə verildiyi zaman bir bədəvi gəlib onun ətəyindən tutdu və dedi: “Mənim bir az ehtiyacım var, qorxuram yadımdan çıxa”. Peyğəmbər (s.a.s) gedib onun ehtiyacını ödədikdən sonra qayıdıb namazı qıldırdı. [ Həsəndir ]
عن جابر قال ما سئل النبي صلى الله عليه وسلم شيئا فقال لا
Cabir (r.a) dedi: “Peyğəmbərdən (s.a.s) bir şey istədikdə heç vaxt ona yox deməzdi (susmazdı)”. [ Səhihdir ]
عن عبد الله بن الزبير قال ما رأيت امرأتين أجود من عائشة وأسماء وجودهما مختلف أما عائشة فكانت تجمع الشيء إلى الشيء حتى إذا كان اجتمع عندها قسمت وأما أسماء فكانت لا تمسك شيئا لغد
Abdullah ibn əz-Zubeyr (r.a) deyir ki, mən Aişə (r.a) və Əsmadan (r.a) daha səxavətli qadın görmədim. Onların əliaçıqlığı fərqli idi. Aişə (r.a) verəcəyi şeyləri əvvəlcə yığar, kifayət qədər yığıldıqdan sonra onu (kasıblara) paylayardı. Əsma (r.a) isə ertəsi günə heç nə saxlamazdı”. [ İsnadı səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.