Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.
(Saffat, 106-107)
Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"
(Əl Hakim)
Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur
(Hikmətli sözlər)
Qardaşını səhv yola yönəldənin günah qazanması
عن أبى هريرة قال قال النبي صلى الله عليه وسلم من تقول على ما لم أقل فليتبوأ مقعده من النار ومن استشاره أخوه المسلم فأشار عليه بغير رشد فقد خانه ومن أفتى فتيا بغير ثبت فإثمه على من أفتاه
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Kim mənim demədiyim sözü uydurub mənə aid etsə, Oddan olan oturacaq yerini tutsun. Məsləhət istəyən zaman müsəlman qardaşına səhv yol göstərən kimsə, qardaşına xəyanət etmiş olar. Kim dəlil-sübutsuz bir fitva versə, onun günahı fitva verənin hesabına yazılar”. [ Səhih li-ğeyrihi ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.