"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
MÜSƏLMAN ÖZ QARDAŞININ AYNASIDIR
عن أبى هريرة قال المؤمن مرآة أخيه إذا رأى فيها عيبا أصلحه
Əbu Hureyra (r.a) demişdir: “Mömin öz qardaşının aynasıdır. Onda eyib gördüyü zaman onu düzəldər”. [ İsnadı həsəndir ]
عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال المؤمن مرآة أخيه والمؤمن أخو المؤمن يكف عليه ضيعته ويحوطه من ورائه
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: “Mömin öz qardaşının aynasıdır. Mömin möminin qardaşıdır. Onu azmağa (həlak olmağa) qoymaz və onu arxasından əhatə edib qoruyar”. [ Həsəndir ] عن المستورد عن النبي صلى الله عليه وسلم قال من أكل بمسلم أكلة فان الله يطعمه مثلها من جهنم ومن كسى برجل مسلم فان الله عز وجل يكسوه من جهنم ومن قام برجل مسلم مقام رياء وسمعة فإن الله يقوم به مقام رياء وسمعة يوم القيامة
əl-Müstəvrid rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: “Kim müsəlmanın sayəsində (onun düşməninə yaltaqlıq edib) bir qab yemək yesə, Allah ona Cəhənnəmdə onun bənzərini yedirdər. Kim müsəlmanın sayəsində (onun düşməninə yaltaqlıq edib) bir libas əldə edib geysə, Allah ona Cəhənnəm odundan (paltar) geyindirər. Hər kəs bir kimsənin sayəsində (onun düşməninə yaltaqlıq edib) özünü başqasına göstərməyə və şan-şöhrət qazanmağa can atsa, Allah onu Qiyamət günü (istədiyi) riya və şan-şöhrətə çatdırar”. [ Səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.