"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
DÜNYADA YAXŞILIQ EDİB AXİRƏTDƏ XEYRƏ NAİL OLANLAR
عن قبيصة بن برمة الأسدي قال كنت عند النبي صلى الله عليه وسلم فسمعته يقول أهل المعروف في الدنيا هم أهل المعروف في الآخرة وأهل المنكر في الدنيا هم أهل المنكر في الآخرة
Qəbisə ibn Burma əl-Əsədi (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (s.a.s) yanında ikən onun belə dediyini eşitdim: “Dünyada yaxşılıq edənlər Axirətdə xeyirə nail olar, dünyada pislik edənlər isə Axirətdə bəlaya düçar olarlar”. [ Səhih li-ğeyrihi ]
عن حرملة بن عبد الله أنه خرج حتى أتى النبي صلى الله عليه وسلم فكان عنده حتى عرفه النبي صلى الله عليه وسلم فلما ارتحل قلت في نفسي والله لآتين النبي صلى الله عليه وسلم حتى أزداد من العلم فجئت أمشي حتى قمت بين يديه فقلت ما تأمرنى أعمل قال يا حرملة ائت المعروف واجتنب المنكر ثم رجعت حتى جئت الراحلة ثم أقبلت حتى قمت مقامى قريبا منه فقلت يا رسول الله ما تأمرنى أعمل قال يا حرملة ائت المعروف واجتنب المنكر وانظر ما يعجب أذنك أن يقول لك القوم إذا قمت من عندهم فأته وانظر الذي تكره أن يقول لك القوم إذا قمت من عندهم فاجتنبه فلما رجعت تفكرت فإذا هما لم يدعا شيئا
Hərmələ ibn Abdullah (r.a) rəvayət edir ki, mən Peyğəmbə¬rin (s.a.s) yanına gəldikdə o məni tanıdı. Çıxıb getdikdə mən öz-özümə dedim: “Allaha and olsun ki, elmim artana qədər mən Peyğəmbərin (s.a.s) yanına gələcəyəm. Sonra mən gəlib onun önündə dayandım və: “Mənə nə əməl etməyi buyurursan?”- dedim. O dedi: “Ey Hərmələ! Yaxşılıq et və pislikdən əl çək!” Sonra mən miniyin yanına qayıtdım. Daha sonra yenə ona yaxın bir yerdə dayanıb dedim: “Ey Allahın elçisi! Mənə nə əməl etməyi buyurursan?” O dedi: “Ey Hərmələ! Yaxşılıq et və pislikdən əl çək! Bax, camaat yanından qalxdığın zaman (əməlinə görə) onlardan xoşagələn sözlər eşitsən, onu yerinə yetir, həmçinin camaat yanından qalxdıqda (əməlinə görə) onlardan xoşagəlməyən sözlər eşitsən, ondan əl çək”. Mən geri dönərkən düşünərək gördüm ki, onlar bunun hər ikisini edirlər”. [ Zəifdir ] حدثنا الفاء قال ذكرت لأبى حديث أبى عثمان عن سلمان أنه قال ان أهل المعروف في الدنيا هم أهل المعروف في الآخرة فقال إني سمعته من أبى عثمان يحدثه عن سلمان فعرفت أن ذاك كذاك فما حدثت به أحدا قط
Mu'təmir rəvayət edir ki, mən atama Əbu Osmanın Salman¬dan (r.a) eşitdiyi hədisi danışdım: “Axirətdə xeyrə nail olanlar məhz dünyada yaxşılıq edənlərdir”. Mən Əbu Osmanın Salmandan (r.a) bu hədisi rəvayət etdiyini eşitdim və başa düşdüm ki, bu, onun danışdığı kimidir. Mən bu hədisi heç vaxt heç kəsə danışmadım. [ Səhihdir ]
(.....) – Buna bənzər hədisi Əbu Osman Peyğəmbərdən (s.a.s) də rəvayət etmişdir.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.