"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
QADIN NƏZARƏTÇİDİR
عن ابن عمر انه سمع رسول الله صلى الله عليه وسلم يقول كلكم راع وكلكم مسئول عن رعيته الإمام راع وهو مسئول عن رعيته والرجل راع في أهله والمرأة راعية في بيت زوجها والخادم في مال سيده سمعت هؤلاء عن النبي صلى الله عليه وسلم وأحسب النبي صلى الله عليه وسلم قال والرجل في مال أبيه"
İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Hər biriniz himayəçiniz! Və hər biriniz himayəsində olanlara cavabdehdir. İmam himayəçidir. Və o, rəiyyətinə cavabdehdir. Kişi öz ailəsinin hamisidir. Qadın öz ərinin evinə nəzarət edəndir. Kölə öz ağasının malını qoruyandır”. Mən bunları ondan eşitdim. Gərək ki, Peyğəmbər (s.a.s) dedi: “Kişi öz atasının malına nəzarət edəndir”. [ Səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.