"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
KÖLƏLƏRLƏ YAXŞI RƏFTAR ETMƏK
156- علي بن أبي طالب صلوات الله عليه أن النبي صلى الله عليه وسلم لما ثقل قال يا علي ائتني بطبق أكتب فيه ما لا تضل أمتي (بعدي) فخشيت أن يسبقني فقلت إني لأحفظ من ذراعي الصحيفة وكان رأسه بين ذراعي وعضدي (فجعل) يوصي بالصلاة والزكاة وما ملكت أيمانكم وقال كذلك حتى فاضت نفسه وأمره بشهادة أن لا إله إلا الله وأن محمدا عبده ورسوله من شهد بهما حرم على النار"
156. Əli (r.a) rəvayət edir ki, Peyğəmbərin (s.a.s) vəziyyəti ağırlaşarkən buyurdu: “Ey Əli! Bir vərəq gətir, ümmətim məndən sonra azmasın deyə ora bəzi şeylər yazacağam”. Qorxdum ki, o məni qabaqlayar. Odur ki, dedim: “Mən onu əzbərləyib yadda saxlayaram” Onun başı mənim dirsəyimlə çiynimin arasında idi. O ölənə qədər namaz qılmağı, zəkat verməyi və kölələrə yaxşı baxmağı tövsiyə etdi. Nəhayət vəfat etdi. Həmçinin Allahdan başqa tanrı olmadığına və Muhəmmədin Onun qulu və elçisi olduğuna şahidlik etməyi buyurdu. Kim bunlara şahidlik etsə, Cəhənnəm odu ona haram olar”. [ İsnadı zəifdir ] عن عبد الله عن النبي صلى الله عليه وسلم قال أجيبوا الداعي ولا تردوا الهدية ولا تضربوا المسلمين
157. Abdullah rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Dəvətçinin çağırışını qəbul edin, hədiyyəni qaytarmayın və müsəlmanları vurmayın!” [ Səhihdir ] عن علي صلوات الله عليه قال كان آخر كلام النبي صلى الله عليه وسلم الصلاة الصلاة اتقوا الله فيما ملكت أيمانكم
158. Əli (r.a) dedi: “Peyğəmbərin (s.a.s) axır sözü bu olmuşdur: “Namaz (qılın), namaz (qılın)! Kölələrinizə görə Allahdan qorxun”. [ Səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.