"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
ÖVLADI ANA BƏTNİNDƏ ÖLƏNİN FƏZİLƏTİ
عن يزيد بن أبي مريم عن أمه عن سهل بن الحنظلية وكان لا يولد له فقال لأن يولد لي في الإسلام ولد سقط فأحتسبه أحب إلى من أن يكون لي الدنيا جميعا وما فيها وكان بن الحنظلية ممن بايع تحت الشجرة"
152.Yezid ibn Əbi Məryəm anasından rəvayət edir ki, Səhl ibnul-Hənzəliyyənin (r.a) uşağı olmurdu. O dedi: “İslamda ikən yarımçıq doğulan uşağıma görə səbir edib əvəzini (Allahdan) diləmək mənim üçün bütün dünya və onun içindəkilərdən daha sevimlidir”. İbnul-Hənzəliyyə (r.a) ağac altında bey'ət edənlərdən idi. [ İsnadı zəifdir ] عن عبد الله قال قال رسول الله صلى الله عليه وسلم أيكم مال وارثه أحب اليه من ماله قالوا يا رسول الله ما من أحد إلا ماله أحب إليه من مال وارثه فقال رسول الله صلى الله عليه وسلم اعلموا أنه ليس منكم أحد إلا مال وارثه أحب إليه من ماله ما لك ما قدمت ومال وارثك ما أخرت"
153. Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Hansı birinizə varisinin malı öz malından daha sevimlidir?” (Səhabələr) dedilər: “Ey Allahın elçisi! Bizlərdən elə bir kimsə yoxdur ki, öz malı ona varisinin malından daha sevimli olmasın”. Peyğəmbər (s.a.s) dedi: “Bilin ki, sizlərdən elə bir kimsə yoxdur ki, varisinin malı ona öz malından daha sevimli olmasın. Sənin malın əvvəlcə yığdığın, varisinin malı isə sonraya saxladığındır”. [ Səhihdir ] 154- قال رسول الله صلى الله عليه وسلم ما تعدون فيكم الرقوب قالوا الرقوب الذي لا يولد له قال لا ولكن الرقوب الذي لم يقدم من ولده شيئا"
154. Peyğəmbər (s.a.s) dedi: “Aranızda kimi sonsuz hesab edirsiniz?” Onlar dedilər: “Sonsuz o kimsədir ki, onun uşağı olmur”. O dedi: “Xeyr! Sonsuz o kimsədir ki, övladı sayəsində (özü üçün) əvvəlcədən hazırlıq görməsin”. [ Səhihdir ]
155- قال رسول الله صلى الله عليه وسلم ما تعدون فيكم الصرعة قالوا هو الذي لا تصرعه الرجال فقال لا ولكن الصرعة الذي يملك نفسه عند الغضب"
155. Peyğəmbər (s.a.s) dedi: “Aranızda kimi pəhləvan sayırsınız?” Onlar dedilər: “Pəhləvan o kəsdir ki, kişilər onu yıxa bilmir”. O dedi: “Xeyr! Pəhləvan o kəsdir ki, qəzəbləndikdə özünü saxlaya bilir”. [ Səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.