"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
QONŞU QADIN ÖZ QONŞU QADININA QOÇ DIRNAĞINI BELƏ ƏSİRGƏMƏMƏLİDİR
عن عمرو بن معاذ الأشهلي عن جدته أنها قالت قال لي رسول الله صلى الله عليه وسلم يا نساء المؤمنات لا تحقرن امرأة منكن لجارتها ولو كراع شاة محرق
122. Amr ibn Muazın nənəsi (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) mənə dedi: “Ey mömin qadınlar! Qoy sizlərdən heç bir qadın öz qonşusuna qızarmış qoç ayağını belə əsirgəməsin”. [ Səhihdir ] عن أبى هريرة قال النبي صلى الله عليه وسلم يا نساء المسلمات يا نساء المسلمات لا تحقرن جارة لجارتها ولو فرسن شاة
123. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Ey müsəlman qadınlar! Ey müsəlman qadınlar! Qoy heç bir qonşu qadın öz qonşu qadınına qoç dırnağını belə əsirgəməsin”. [ Səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.