Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."

[Ali İmran, 97]


Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır.
Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.

[Tirmizi, Əhkam, 4/1329]


Müsəlmanın iki bayramı var:
Biri QURAN,
O biri QURBAN!

[Özlü sözlər]

RƏHM ETMƏYƏN KİMSƏYƏ RƏHM EDİLMƏZ


عن أبى سعيد عن النبي صلى الله عليه وسلم قال من لا يرحم لا يرحم

95. Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Rəhm etməyən kimsəyə rəhm edilməz”.
[ Səhihdir ]

عن جرير بن عبد الله قال قال رسول الله صلى الله عليه وسلم لا يرحم الله من لا يرحم الناس

96. Cərir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “İnsanlara rəhm etməyən kimsəyə Allah rəhm etməz”.
[ Səhihdir ]

عن جرير بن عبد الله قال قال رسول الله صلى الله عليه وسلم من لا يرحم الناس لا يرحمه الله"

97. Cərir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Hər kəs insanlara rəhm etməsə, Allah da ona rəhm etməz”.
[ Səhihdir ]

عن عائشة رضي الله عنها قالت أتى النبي صلى الله عليه وسلم ناس من الأعراب فقال له رجل منهم: يا رسول الله! أ تقبلون الصبيان؟ فوالله ما نقبلهم فقال رسول الله صلى الله عليه وسلم أو أملك إن كان الله عز وجل نزع من قلبك الرحمة"

98. Aişə (r.a) rəvayət edir ki, bir dəstə bədəvi Peyğəmbərin (s.a.s) yanına gəldi. Onlardan biri dedi: “Ey Allahın elçisi! Siz uşaqları öpürsünüz?! Allaha and olsun ki, biz onları öpmürük”. Peyğəmbər (s.a.s) dedi: “Əgər Allah sənin qəlbindən mərhəmət hissini götürübsə, ona mən nə edim?!”
[ Səhihdir ]

عن أبى عثمان أن عمر رضي الله عنه استعمل رجلا فقال العامل أن لي كذا وكذا من الولد ما قبلت واحدا منهم فزعم عمر أو قال عمر إن الله عز وجل لا يرحم من عباده إلا أبرهم

99. Əbu Osman rəvayət edir ki, Ömər (r.a) bir kişiyə iş tapşırdı. Kişi dedi: “Mənim filan qədər övladım var, amma onlardan heç birini öpməmişəm”. Ömər dedi: “Qüdrətli və əzəmətli Allah qullarından yalnız qayğıkeş olanlara rəhm edir”.
[ İsnadı həsəndir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:01
GÜNƏŞ06:45
ZÖHR [ 4 rükət ]13:47
ƏSR [ 4 rükət ]17:38
MƏĞRİB [ 3 rükət ]20:47
İŞA [ 4 rükət ]22:25
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka