Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."

[Ali İmran, 97]


Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır.
Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.

[Tirmizi, Əhkam, 4/1329]


Müsəlmanın iki bayramı var:
Biri QURAN,
O biri QURBAN!

[Özlü sözlər]

KÖRPƏLƏRİ ÖPMƏK


عن عائشة رضي الله عنها قالت جاء أعرابى إلى النبي صلى الله عليه وسلم فقال أتقبلون صبيانكم فما نقبلهم فقال النبي صلى الله عليه وسلم أو أملك لك أن نزع الله من قلبك الرحمة"

90. Aişə (r.a) rəvayət edir ki, bir bədəvi ərəb Peyğəmbərin (s.a.s) yanına gəlib dedi: “Siz uşaqlarınızı öpürsünüz?! Biz onları öpmürük!” Peyğəmbər (s.a.s) dedi: “Əgər Allah sənin qəlbindən mərhəmət hissini götürübsə, ona mən nə edim?!”
[ Səhihdir ]

عن أبي هريرة قال قبل رسول الله صلى الله عليه وسلم حسن بن على وعنده الأقرع بن حابس التميمي جالس فقال الأقرع إن لي عشرة من الولد ما قبلت منهم أحدا فنظر إليه رسول الله صلى الله عليه وسلم قال من لا يرحم لا يرحم"

91. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) Həsən ibn Əlini (r.a) öpdü. Bu vaxt Əqra ibn Habis (r.a) onun yanında oturmuşdu. Əqra (r.a) dedi: “Mənim on övladım var, onlardan heç birini öpməmişəm”. Peyğəmbər (s.a.s) ona baxıb dedi: “Rəhm etməyən kimsəyə rəhm edilməz”.
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:03
GÜNƏŞ06:46
ZÖHR [ 4 rükət ]13:46
ƏSR [ 4 rükət ]17:38
MƏĞRİB [ 3 rükət ]20:45
İŞA [ 4 rükət ]22:23
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka