"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
QOHUMLUQ ƏLAQƏLƏRİNİ MÖHKƏMLƏNDİRMƏK
عن أبى أيوب الأنصاري أن أعرابيا عرض على النبي صلى الله عليه وسلم في مسيره فقال أخبرني ما يقربنى من الجنة ويباعدني من النار قال تعبد الله ولا تشرك به شيئا وتقيم الصلاة وتؤتي الزكاة وتصل الرحم"
49. Əbu Əyyub əl-Ənsari (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) səfərdə ikən bir bədəvi gəlib ona dedi: “Mənə, məni Cənnətə yaxınlaşdıran və Cəhənnəmdən uzaqlaşdıran əməl barədə xəbər ver”. O dedi: “Allaha ibadət et, Ona heç bir şeyi şərik qoşma, namaz qıl, zəkat ver və qohumluq əlaqələrini möhkəmləndir”. [ Səhihdir ] عن أبى هريرة أن رسول الله صلى الله عليه وسلم قال خلق الله عز وجل الخلق فلما فرغ منه قامت الرحم فقال مه قالت هذا مقام العائذ بك من القطيعة قال ألا ترضين أن أصل من وصلك واقطع من قطعك قالت بلى يا رب قال فذلك لك ثم قال أبو هريرة اقرأوا إن شئتم فهل عسيتم إن توليتم أن تفسدوا في الأرض وتقطعوا أرحامكم"
50. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Qüdrətli və əzəmətli Allah məxluqu yaratdı. Yaradılışı başa çatdırdıqdan sonra qohumluq əlaqəsi ayağa qalxdı. (Allah) dedi: “Dayan!” O dedi: “Bu, qohumluq əlaqələrini kəsməkdən Sənə sığınanın məqamıdır”. (Allah) dedi: “Səni birləşdirəni birləşdirməyimə, kəsəni də kəsməyimə razı deyilsənmi?” O dedi: “Əlbət ki (razıyam), ya Rəbb!” (Allah) dedi: “Sənin üçün məhz belə olacaq!” Sonra Əbu Hureyra (r.a) dedi: “İstəyirsinizsə bu ayəni oxuyun: “Əgər siz başçılıq etsəniz, (yaxud haqdan üz döndərsəniz), ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz”. (Muhəmməd, 22.) [ Səhihdir ] 51. İbn Abbas (r.a): “Qohum-əqrəbaya da, yoxsula da, (yolda qalmış) müsafirə də haqqını ver...” ayəsini belə izah etmişdir: “Uca Allah ilk əvvəl ən vacib haqları ödəməyi buyurur və imkanlı adama ən fəzilətli əməlləri göstərib deyir:
“Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver”. Heç bir şeyi olmayana isə nə deyəcəyini öyrədib buyurur:
“Əgər Rəbbindən dilədiyin mərhəməti umaraq onların üzünə baxmırsansa (imkanın olmadığı üçün haqqı olanlara bir şey verə bilmirsənsə, heç olmasa) onlara xoş söz de”. (əl-İsra, 28) Yəni, gözəl və'd ver. Sanki belə bir şey olub və bəlkə də Allah istəsə olacaq da.
“Nə əlini boynuna bağlı saxla, nə də onu büsbütün aç (nə xəsis ol, nə də israfçı). Yoxsa qınanmış və peşman olmuş vəziyyətdə qalarsan”. (əl-İsra, 29). (Ehtiyacı olana) heç nə vermirsən, yaxud hər şeyini verirsən, beləliklə də yanına gəlib səndən bir şey ala bilməyən kəs səni qınayar, çox alan isə səni peşman edər”. [ İsnadı zəifdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.