"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
VALİDEYNLƏRİ SÖYMƏMƏK
عن عبد الله بن عمرو قال قال النبي صلى الله عليه وسلم من الكبائر أن يشتم الرجل والديه فقالوا كيف يشتم قال يشتم الرجل فيشتم أباه وأمه"
27. Abdullah ibn Amr (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Kişinin öz valideynlərini söyməsi böyük günahlardandır”. (Səhabələr) dedilər: “Heç (adam da öz valideynini) söyərmi?” O dedi: “Birisini söyür, o da onun ata-anasını söyür”. [ Səhihdir ] عن عبد الله بن عمرو بن العاص يقول من الكبائر عند الله تعالى أن يستسب الرجل لوالده"
28. Abdullah ibn Amr (r.a) deyirdi ki, kişinin öz valideynlərini söydürməsi Uca Allah yanında böyük günahlardandır”. [ İsnadı həsəndir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.