Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

(Ya Rəsulullah!) Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!

[Qələm, 4]


İslam, gözəl əxlaqdır

[Kənzul Ummal, 3/17 hədis № 5225]


Quranın öyrətdiyi əxlaqla əxlanarıqsa; vəhy ağlımıza nur, gözümüzə işıq, qəlbimizə fərman, dizimizə dərman olar.

[Hikmətli sözlər]

XƏSTƏYƏ BAŞ ÇƏKƏN ADAM HARADA OTURMALIDIR?


عن بن عباس قال كان النبي صلى الله عليه وسلم إذا عاد المريض جلس عند رأسه ثم قال سبع مرار أسأل الله العظيم رب العرش العظيم أن يشفيك فإن كان في أجله تأخير عوفى من وجعه


536.İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) xəstəyə baş çəkdikdə onun baş tərəfində oturub (yeddi dəfə) deyərdi: “Əzəmətli ərşin Rəbbi olan Böyük Allahdan diləyirəm ki, sənə şəfa versin!”. Və əgər xəstənin əcəli (qəzavü-qədərlə) təxirə salınacaqsa, ağrıları keçib gedəcəkdir.
[ Səhihdir ]

حدثنا الربيع بن عبد الله قال ذهبت مع الحسن إلى قتادة نعوده فقعد عند رأسه فسأله ثم عاد له قال اللهم اشف قلبه واشف سقمه


537.Rabi ibn Abdullah deyir ki, mən Həsənlə birgə Qatadəyə baş çəkməyə getdik. Həsən onun baş tərəfində oturub ondan hal-əhval tutdu. Sonra onun üçün dua edib dedi: “Allahım, onun qəlbinə şəfa ver, xəstəliyini də sağalt!”
[ İsnadı səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:21
GÜNƏŞ07:49
ZÖHR [ 4 rükət ]13:27
ƏSR [ 4 rükət ]16:34
MƏĞRİB [ 3 rükət ]19:03
İŞA [ 4 rükət ]20:28
GECƏYARI00:42
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka