(Ya Rəsulullah!) Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!
[Qələm, 4]
İslam, gözəl əxlaqdır
[Kənzul Ummal, 3/17 hədis № 5225]
Quranın öyrətdiyi əxlaqla əxlanarıqsa; vəhy ağlımıza nur, gözümüzə işıq, qəlbimizə fərman, dizimizə dərman olar.
[Hikmətli sözlər]
Xəstəyə baş çəkdikdə (Allahdan) onun üçün şəfa diləmək
[ Hədis elmi / 4986 dəfə baxılıb ]
|
حدثني ثلاثة من بنى سعد كلهم يحدث عن أبيه أن رسول الله صلى الله عليه وسلم دخل على سعد يعوده بمكة فبكى فقال ما يبكيك قال خشيت أن أموت بأرالتي هاجرت منها كما مات سعد قال اللهم اشف سعدا ثلاثا فقال لي مال كثير يرثنى ابنتى أفأوصى بمالى كله قال لا قال فبالثلثين قال لا قال فالنصف قال لا قال فالثلث قال الثلث والثلث كثير إن صدقتك من مالك صدقة ونفقتك على عيالك صدقة وما تأكل امرأتك من طعامك لك صدقة وإنك أن تدع أهلك بخير أو قال بعيش خير من أن تدعهم يتكففون الناس وقال بيده
520.Sə'din (r.a) üç oğlu rəvayət edir ki, Məkkədə ikən Peyğəmbər (s.a.s) Sə'də (r.a) baş çəkdi. Sə'd (r.a) ağladı. Peyğəmbər (s.a.s) soruşdu: “Səni ağladan nədir?” O dedi: “Qorxuram ki, Sə'd (ibn Xovlə) öldüyü kimi, mən də hicrət etdiyim (şəhərimdən köçüb gəldiyim bu) torpaqda ölüm”. Peyğəmbər (s.a.s) (üç dəfə): “Allahım, Sə'də şəfa ver!”- deyə dua etdi. Sə'd (r.a) dedi: “Mənim çoxlu mal-dövlətim var. Qızım ona varis olacaq. Mən malımın hamısını (Allah yolunda) vəsiyyət edə bilərəmmi?” O: “Xeyr!”- deyə cavab verdi. Soruşdum: “Bəs üçdə ikisini necə?” O (yenə): “Xeyr!”- deyə cavab verdi. Soruşdum: “Bəs yarısını necə?” O (yenə): “Xeyr!”- deyə cavab verdi. Soruşdum: “Bəs üçdə birini necə?” O dedi: “Üçdə birini (verə bilərsən). Lakin üçdə biri də çoxdur. Sözsüz ki, malından verdiyin sədəqə sədəqə sayılır. Ailən üçün xərclədiklərin də sədəqədir. Zövcənin sənin yeməyindən yediyi də sədəqədir. Sənin öz ailənə mal qoyub getməyin, onları dilənmək qarşısında qoymaqdan daha xeyirlidir”. Ravi deyir ki, Peyğəmbər (s.a.s) əli ilə işarə edib danışırdı. [ Səhihdir ]